“Qadın böyük qüvvədir” aylıq kampaniyasının məqsədi Beynəlxalq Qadınlar Gününü qeyd etmək və Azərbaycanda qadınların uğurlarını, qabiliyyətlərini və güclərini işıqlandırmaqdan ibarətdir.
“Avropa İttifaqı Beynəlxalq Qadınlar Gününü “Avropa heyəti” qismində, kampaniyamızın siması kimi çıxış və müxtəlif sahələri təmsil edən 20-dən çox Azərbaycan qadını ilə birlikdə qeyd etməkdən qürur hissi keçirir. Məqsədimiz bütün nəsilləri şövqə gətirmək və qadını güclü edən cəhətlər mövzusunda müzakirələrin təşəbbüskarı olmaqdır. Avropa İttifaqı həyata keçirdiyi siyasət və proqramları vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak edə bilmələrinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə qulluq edir”, – – deyə Avropa İttifaqının Azərbaycan Respublikasında səfiri Petr Mixalko bildirmişdir.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin keçirdiyi kampaniyanın simaları mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə, həmçinin kişi hömranlığının təsbit olunduğu aviasiya və təhlükəsizlik sahələrində çalışan qadınları canlandırırlar.
İlhamverici hekayələr
Məlahət Alvasovanın xurma dadlı hekayəsi
150 kilo meyvə tutan soyuducu, meyvəyuyan aparat, 3 ton meyvəqurudan kamera, nikel örtüklü masalar. Xurma qurutmaq üçün bunlar kifayətdirmi?
İlhamə Musayevanın ilham və sevgi dolu hekayəsi
Bir mövsümdə 1200 banka xiyar, 1800 banka acika, sutkada bir saat yuxu, bir saatda 40 pirojki. Səhər saat 4-dən axşam saat 6-ya kimi bir dəqiqəsi boş olmayan iş rejimi… Bir fındıq ləpəsinin 6 seçimi… Kəndin yolları, aqroturizmin imkanları və Günelin gələcəyi…
Nəzakət Camalovanın bal dadan hekayəsi
Dörd il əvvəl Nəzakət həyatının ən çətin qərarlarından birini verəndə ailənin arı qutularının sayı 25-ə çatmırdı.
Səadət Dibirovanın çay ətirli hekayəsi
Zaqatalanın mərkəzində 850 illik şahanə bir çinar ağacı var. 2021-ci ilin yazında qrupumuzu yaradanda o çinarın şərəfinə adımızı biz də “Çinar” qoyduq. Orta yaşı 50 olan 12 qadınla bir il doqquz ayda çox intensiv və maraqlı bir yol keçdik. Bu yolun məntiqi davamı kimi bu yaxınlarda Azərbaycanın ilk qadın kooperativini yaratmağa qərar verdik.
İtaliya saatı
Gənc modelyer, “RozSev” brendinin yaradıcısı Aytən Xəlilzadə “Aİ Mədəniyyət üçün” layihəsinin mobillik qrantını udub, bu yay Milanda bir ay İnsituto di moda Burgoda Dəb dizaynı kursunda təhsil alıb…
Yeganə və Mətləb Nuriyevlərin nar kimi min bir dənəli hekayəsi
Avropa İttifaqının “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsinin benefisiarı Yeganə Nuriyevanı hamı Göyçay rayonunun Qaraməryəm kəndindəki “Nar vadisi” turizm məkanının sahibəsi kimi tanıyır.
ATALIQ DİPLOMU
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali FonduBMT-nin Qadınlar Agentliyi ilə birgə həyata keçirdiyi “Atalar Məktəbi – Məsuliyyətli atalığa doğru” layihəsinin benefisiarı Rəvan Cəbrayılov Atalıq diplomunu alsa da, onun fikrincə, nə atalıq dərsləri bitəndir, nə də imtahanları.