Skip to main content

ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI


Məxfiliyə dair bu bəyanatda şəxsi məlumatlarınızın 
emalı və qorunması ilə bağlı məlumatlar verilmişdir.

Məlumatların emalı əməliyyatı: Aİ-nın Şərq Qonşuluğu ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada euneighbourseast.eu çərçivəsində baş tutan layihə veb saytları :

Məlumatlara nəzarət orqanı: Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) / Direktorat A/NEAR.A1 idarələrarası əlaqələr və kommunikasiya bölməsi

Qeydin nömrəsi: DPR-EC-07086

Mündəricat

  1. Giriş
  1. Şəxsi məlumatlarınızı niyə və necə emal edirik?
  1. Şəxsi məlumatlarınızı hansı hüquqi əsaslarla emal edirik?
  1. Hansı şəxsi məlumatları emal etmək üçün toplayırıq?
  1. Şəxsi məlumatlarınızı nə qədər müddət saxlayırıq?
  1. Şəxsi məlumatlarınızı necə qoruyur və mühafizə edirik?
  1. Şəxsi məlumatlarınıza kimin çıxış imkanı var və onlar kimə açıqlanır?
  1. Hansı hüquqlarınız var və onları necə həyata keçirə bilərsiniz?
  1. Əlaqə məlumatları
  1. Daha ətraflı məlumatı haradan əldə etmək olar?

1. Giriş

Avropa Komissiyası (bundan sonra “Komissiya”) şəxsi məlumatlarınızı qorumağı və məxfiliyinizə hörmət etməyi öhdəsinə götürüb. Komissiya, Avropa İttifaqının rəsmi qurumları, orqanları, idarə və agentlikləri tərəfindən şəxsi məlumatların emalı ilə əlaqədar olaraq Avropa Parlamenti və Avropa İttifaqı Şurasının 23 oktyabr 2018-ci il tarixli fiziki şəxslərin qorunmasına və belə məlumatların sərbəst yerdəyişməsinə dair (45/2001 saylı (Aİ) Əsasnaməni ləğv edən) 2018/1725 saylı (Aİ) Əsasnaməsinə uyğun olaraq şəxsi məlumatları toplayır və emal edir.

Bu məxfiliyə dair bəyanatda şəxsi məlumatlarınızın emalı səbəbi, təqdim olunan bütün şəxsi məlumatların toplanması, idarə olunması və qorunmasının təmini yolları, eləcə də həmin məlumatlardan necə istifadə olunduğu və şəxsi məlumatlarınızla bağlı hansı hüquqlarınızın olduğu izah edilir. Burada həmçinin hüquqlarınızı həyata keçirmək üçün əlaqə saxlaya biləcəyiniz və bu işdə məsul olan Məlumatlara nəzarət orqanının, o cümlədən Məlumatların qorunması üzrə baş mütəxəssis və Avropa məlumatlarının qorunması üzrə nəzarətçi orqanının əlaqə məlumatları var.

Aşağıda Məlumatlara nəzarət orqanının məsul olduğu Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ layihələrinin internet səhifələrində məlumatların emalı əməliyyatı ilə əlaqədar işlərə dair məlumat təqdim edilmişdir.

2. Şəxsi məlumatlarınızı niyə və necə emal edirik?

Məlumatların emalı əməliyyatının məqsədi: Məlumatlara nəzarət orqanı məzmunun avtomatik olaraq qəbul edildiyi EUDIGITOOL daxili platforması ilə birbaşa əlaqəli olan Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən layihə və proqramları təşviqi və daha böyük kütləyə çatdırılması məqsədilə şəxsi məlumatlarınızı toplayır və istifadə edir.

Euneighbourseast.eu və ölkə internet səhifələri kommunikasiya baxımından fəaliyyətdə olan Aİ əməkdaşlığını əks etdirən layihə məlumatlarının toplanması və konsolidasiyası üzrə ehtiyac və tələbə cavab olaraq hazırlanmış, Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən aşağıdakı layihə və proqramların təşviqi və daha böyük kütləyə çatdırılması məqsədilə vətəndaşlara Aİ tərəfindən maliyyələşdirilən proqram və layihələr, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ ilə əlaqədar iştirak imkanları haqqında məlumat almağa imkan verir:

“Gənc Avropa Səfirləri” YEAs) təşəbbüsü

Gənc Avropa səfirləri təşəbbüsü Aİ-nin Şərq Qonşuluğu üzrə strateji kommunikasiya və ictimai diplomatiya yanaşmasının tərkib hissəsidir. Təşəbbüs Aİ-nin Şərq Qonşuluğu (2020-2024) üzrə Regional Kommunikasiya Proqramı tərəfindən idarə olunur. Aİ regionda Aİ-nin əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, gənclər siyasətinin hazırlanmasına kömək etmək və daha yaxşı gələcək naminə birlikdə çalışmaq üçün Şərq Tərəfdaşlığı ölkələrində gənclərlə tərəfdaşlıq edir. YEAs təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan, eləcə də Aİ-yə üzv ölkələr və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir. YEAs-lar öz yerli icmalarında gənclər arasında əməkdaşlığı təşviq edir və Aİ ilə bağlı vacib mövzular haqqında danışırlar. Onlar nümunəvi gənc olaraq öz fikirlərini bölüşür, qarşılıqlı anlaşmanı gücləndirir və Aİ və onun şərq qonşuları ilə əlaqələri haqqında fikirlərin formalaşmasına kömək edirlər.

Xəbər bildirişləri

Xəbər bildirişləri euneighbourseast.eu internet səhifəsində və/və ya EU4country internet səhifəsində xəbər bildirişləri üçün qeydiyyatdan keçməklə vətəndaşlara Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən proqram və layihələr, o cümlədən Aİ ilə əlaqəli iştirak imkanları haqqında məlumat almağa imkan verir.

Aİ ilə əməkdaşlığın kommunikasiya baxımından fəaliyyətini təqdim edən layihə haqqında məlumatların birləşdirilməsi üçün layihədən faydalananlar ilə müsahibələrdən foto və videoların yüklənməsi.

Bütün məlumatlar şəffaf şəkildə və istifadəçilərin razılıq və ya rədd etməsi prinsiplərinə uyğun olaraq emal edilir və onlar tərəfindən təqdim edilən məlumatlardan konkret məqsədlər üçün istifadə olunur.

Şəxsi məlumatlarınızdan qərarların avtomatlaşdırılmış qaydada qəbulu, eləcə də profilləşdirmə məqsədləri üçün istifadə edilməyəcək.

3. Şəxsi məlumatlarınızı hansı hüquqi əsaslarla emal edirik

Şəxsi məlumatlarınızı aşağıdakı səbəblərdən dolayı emal edirik:

  1. ictimai maraqlar naminə yerinə yetirilən vəzifələrin icrası üçün və ya Aİ təşkilatına və ya orqana həvalə edilmiş rəsmi səlahiyyətlərin icrası üçün zəruri olduğu üçün emal edirik (2018/1725 saylı (Aİ) Əsasnamənin 5 (a) Maddəsi);

Məlumatların emalı Aİ-nin aşağıdakı qanununa əsaslanır:

Avropa İttifaqının yaradılması haqqında ümumi Avropa Müqaviləsinin 11-ci Maddəsi: “Rəsmi qurumlar müvafiq vasitələrlə vətəndaşlar və nümayəndəliklərə İttifaqın fəaliyyətinin bütün sahələrinə dair  fikirlərini bəyan etmək və ictimaiyyətə açıq şəkildə mübadilə etmək imkanı yaratmalıdır. Rəsmi qurumlar, nümayəndəliklər və vətəndaş cəmiyyəti ilə açıq, şəffaf və müntəzəm dialoqu qoruyub saxlamalıdır”.

Avropa İttifaqının (TEU) yaradılması haqqında Müqavilənin 21-ci (1) Maddəsi: Aİ əməkdaşlığının inkişafı sahəsində ümumi mandat və təlimatlar;

Avropa İttifaqının (TFEU) Fəaliyyəti haqqında Müqavilənin 4-cü (4) Maddəsi və 208-211-ci Maddələri.

Geniş ictimaiyyətin məlumatlandırılması Şuranın Əsasnaməsinin (Aİ, Euratom) Avropa Birliklərinin ümumi büdcəsinə tətbiq edilən (OJ L 193, 30.07.2018, səh. 1) 18 iyul 2018-ci il tarixli 2018/1046 saylı Maliyyə Məsələləri üzrə Əsasnaməsinin 58 (2) (d) maddəsində nəzərdə tutulduğu kimi, Avropa Komissiyasının təşkilati səviyyədə öz preroqativlərindən irəli gələn vəzifədir.

Bundan əlavə, Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Alətinin (“Global Europe”) təsis edilməsinə dair Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 9 iyun 2021-ci il tarixli 2021/947 saylı (Aİ) Əsasnamənin 46-cı (2), (3) və (4) Maddəsində, 28 saylı deklarativ hissədə göstərildiyi (466/2014/Aİ saylı Qərarı dəyişdirən və ləğv edən və

  • və 2017/1601 (Aİ) Əsasnaməsi və Şuranın 480/2009, OJ L 209, 14.6.2021 saylı Əsasnamə (Aİ, Euratom) ləğv edən) kimi məlumatların emalı İttifaqın maliyyə dəstəyinin daha böyük kütləyə çatdırılmasını təmin etmək məqsədi daşıyan Avropa Komissiyasının öhdəliyinin yerinə yetirilməsi üçün zəruridir.

Gənc Avropa səfirləri təşəbbüsü Aİ-nin Şərq Qonşuluğu üzrə strateji kommunikasiya və ictimai diplomatiya yanaşmasının tərkib hissəsidir. Sözügedən təşəbbüs Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (2020-2024) tərəfindən idarə olunur və onun hüquqi əsasını İttifaqın xarici fəaliyyətlərin maliyyələşdirilməsi üzrə alətlərinin həyata keçirilməsi ilə bağlı ümumi qaydaları və prosedurlarını müəyyən edən Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 11 mart 2014-cü il tarixli 236/2014 saylı Əsasnaməsi (Aİ) və Avropa Qonşuluq Alətinin təsis edilməsinə dair Avropa Parlamentinin və Avropa İttifaqı Şurasının 11 mart 2014-cü il tarixli 232/2014 saylı Əsasnaməsi (Aİ) təşkil edir.

  1. Məlumat subyekti şəxsi məlumatlarının bir və ya daha artıq spesifik məqsədlər üçün emalına razılıq verir (2018/1725 saylı (Aİ) Əsasnamənin 5 (d) Maddəsi):

Şərq Qonşuluğu ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Aİ tərəfindən maliyyələşdirilən layihə və proqramlar ilə əlaqədar vacib yeniliklər, fəaliyyətlər, tədbirlər və ya tematik məsələlər haqqında məlumat almaq üçün abunə olmusunuzsa, tələb olunan məlumatı almaq üçün şəxsi məlumatlarınızın emalına razılıq verdiyiniz üçün şəxsi məlumatlarınızı emal edirik.

Foto və video materialları, eləcə də onların nəşrini emal ediriksə, onların emalına razılıq verdiyiniz üçün şəxsi məlumatlarınızı emal edirik.

Bütün məlumatlar şəffaf şəkildə və istifadəçilərin razılıq və ya rədd etməsi prinsiplərinə uyğun olaraq emal edilir və onlar tərəfindən təqdim edilən məlumatlardan konkret məqsədlər üçün istifadə olunur.

Xüsusi kateqoriyalı şəxsi məlumatları emal etmirik (2018/1725 saylı (Aİ) Əsasnaməsinin 10-cu Maddəsi).

4. Hansı şəxsi məlumatları emal etmək üçün toplayırıq?

Məlumatların emalı əməliyyatını həyata keçirmək üçün Məlumatlara nəzarət orqanı şəxsi məlumatların aşağıdakı kateqoriyasını toplayır:

Gənc Avropa səfirləri:

Ərizə ilə müraciət edənlərin seçilməsi üçün:

  • Ad və soyad
  • Doğulduğu ölkə
  • Yaşadığı ölkə
  • Doğum tarixi
  • Təhsil/məşğulluq vəziyyəti
  • E-poçt ünvanı
  • Telefon nömrəsi
  • Sosial media hesabları*

Seçilmiş ərizəçilər üçün aşağıdakı məlumatlar nəşr olunur:

  • Ad və soyad
  • Fotolar
  • Videolar
  • Qısa tərcümeyi-hal
  • Vəzifəniz
  • Sosial media hesabları *

*məcburi deyil

Xəbər bülleteni abunəçiləri:

  • Ad və soyad
  • E-poçt ünvanı
  • Yaşadığı ölkə

Məlumatlar, məlumat subyektlərinin birbaşa məlumatlarını daxil etdiyi xəbərlər haqqında bildirişlərin qeydiyyatı interfeysi vasitəsi ilə toplanır.

Kommunikasiya məqsədləri üçün müsahibə götürülən layihə benefisiarları:

  • Saytda dərc olunan məqalələrin təbliğat xarakterli videoları/fotoları

 

İnternet səhifəsinin ziyarətçiləri:

  • İP ünvanı

5. Şəxsi məlumatlarınızı nə qədər müddət saxlayırıq?

Məlumatlara nəzarət orqanı şəxsi məlumatlarınızı yalnız həmin məlumatların toplanması üçün tələb olunan zaman ərzində saxlayır.

Gənc Avropa səfirləri

DG NEAR-in təbliğat siyasətinin bir aləti olaraq internet səhifəsinin fəaliyyət göstərdiyi müddətdə və məlumat subyektinin YEA kimi qeydə alındığı təqdirdə məlumatlar saxlanılır (məlumat subyekti öz hesabını silənə və ya poçt siyahısından abunəni ləğv edənə qədər və ya məlumat subyekti yaşı, işdən ayrılma və ya səlahiyyətlərinin yenilənməməsi səbəbindən YEA olmağı dayandırana qədər). Məlumatlara nəzarət orqanı onun profilini və ictimaiyyətə açıq hər hansı məlumatını silir.

 

Xəbər bildirişlərinə abunə olanlar

Mövcud texniki həllərdən asılı olaraq, bu məqsəd üçün nəzərdə tutulmuş funksional poçt qutusuna yaza və göndərmə siyahısından çıxmağı və ya qəbul etdiyiniz məlumat xarakterli e-məktubda abunəliyi ləğv etmək üçün linkə keçid edə bilərsiniz. Müraciət qəbul edildikdən sonra bir həftə ərzində müvafiq tədbirlər görülməlidir.

Kommunikasiya məqsədləri üçün müsahibə götürülən layihə benefisiarları

Məlumatlara nəzarət orqanının təbliğat siyasətinin bir aləti olaraq internet səhifəsinin fəaliyyətdə olduğu müddətdə məlumatlar saxlanılır (əvvəllər emal məqsədi ilə əlaqəsi olmadıqda silinmədiyi halda).

İnternet səhifəsinin ziyarətçiləri

Məlumatlar istifadəçinin ziyarəti müddətində saxlanılır (səhifəyə ziyarət seansları xidmət müqaviləsinin müddəti bitənə qədər, yəni müvafiq domen hesabları bağlanana qədər analitika vasitəsilə anonim saxlanılır).

Məlumatların statistik məqsədlər üçün saxlanıldığı təqdirdə, bəzi əlavə abunəçi məlumatları artıq abunəçini müəyyən etməməsi və anonim statistikanı yaratmaq məqsədi ilə “rəsmi ehtiyac” əsasında emal əməliyyatı həyata keçirən çox məhdud sayda səlahiyyətli şəxslərə əlçatan olması şərtilə, abunəliyin ləğv edilməsindən sonra 5 ilə qədər saxlanıla bilər.

6. Şəxsi məlumatlarınızı necə qoruyur və mühafizə edirik?

Elektron formatda olan bütün şəxsi məlumatlar (elektron məktublar, sənədlər, məlumat bazaları, yüklənmiş məlumat paketləri və s.) Avropa Komissiyasının serverlərində, yaxud podratçılarının serverlərində saxlanılır. Məlumatların emalı ilə əlaqədar bütün əməliyyatlar Avropa Komissiyasında rabitə və informasiya sistemlərinin təhlükəsizliyinə dair 10 yanvar 2017-ci il tarixli Komissiyanın (Aİ, Euratom)  2017/46 saylı Qərarına uyğun olaraq həyata keçirilir.

Komissiyanın podratçıları, Komissiya adından məlumatlarınızın hər hansı formada emalı əməliyyatları ilə əlaqədar olaraq spesifik müqavilə müddəalarına və Aİ-yə Üzv Dövlətlərdə Şəxsi Məlumatların Qorunmasına dair Ümumi Əsasnamənin (“GDPR” 2016/679 saylı (Aİ) Əsasnamə) köçürülməsindən irəli gələn məxfilik tələblərinə əməl etməyi öhdələrinə götürürlər.

Şəxsi məlumatlarınızı qorumaq üçün Komissiya bir sıra texniki və təşkilati tədbirlərdən istifadə edir. Texniki tədbirlərə onlayn təhlükəsizliyi təmin etmək, şəxsi məlumatların emalı və emal edilən məlumatların mənşəyi ilə əlaqədar risk nəzərə alınmaqla məlumatların itirilməsi, dəyişdirilməsi və ya məlumatlara icazəsiz giriş riskini aradan qaldırmaq üçün müvafiq tədbirlər daxildir. Təşkilati tədbirlərə, şəxsi məlumatların emalı əməliyyatı məqsədilə həmin məlumatları bilmək üçün qanuni tələbata malik səlahiyyətli şəxslərdən başqaları üçün şəxsi məlumatlara girişin məhdudlaşdırılması daxildir.

Toplanmış şəxsi məlumatlar və bütün əlaqəli məlumatlar internet səhifəsinin fəaliyyəti və xidməti zamanı podratçıların serverlərində saxlanılır.

Elektron formatda olan şəxsi məlumatlar: şəxsi məlumatlarınıza, o cümlədən internet səhifəsində toplanmış hər hansı digər məlumatlara giriş yalnız məhdud sayda istifadəçinin əldə etdiyi parol ilə identifikasiya sistemi vasitəsi ilə təmin edilir və bu məlumatların daha sonra Aİ qanunvericiliyinə uyğun olaraq Komissiyanın fəaliyyətinə nəzarətə və təftişə görə məsul olan orqanlara ötürülməsinə imkan verilmir.

İnternet səhifəsi kukilərdən istifadə edir.

Kukilər, istifadəçinin ziyarət etdiyi internet xidmətləri tərəfindən yaradılan mətn parçalarıdır; bu mətn faylları istifadəçilərin cihazlarında hal-hazırda ziyarət etdikləri internet səhifəsi (“birinci tərəfə aid daimi kukilər”) və ya hazırda ziyarət etdikləri internet səhifəsi (“üçüncü tərəfə aid kukilər”) ilə əlaqədar başqa bir internet səhifəsi tərəfindən quraşdırıla bilər. İnternet səhifəmizin fəaliyyətini asanlaşdırmaq üçün istifadəçilərin razılığı əsasında cihazınıza kuki adlandırılan kiçik məlumat faylları yerləşdirə bilərik. İnternet səhifəmizin fəaliyyətini asanlaşdırmaq üçün istifadəçilərin razılığı əsasında cihazınıza kuki adlandırılan kiçik məlumat faylları yerləşdirə bilərik. Onlar müəyyən müddət ərzində internet səhifəsindəki fəaliyyətinizi və seçimlərinizi (istifadəçi adı, dil və şriftin ölçüsü və digər ekran seçimləri) yadda saxlamağa imkan verir və bununla da hər dəfə internet səhifəsinə baş çəkərkən və ya bir səhifədən digərinə keçərkən onları yenidən daxil etməyinizə ehtiyac qalmır.

Aşağıdakı 4 növ müxtəlif kukilərdən istifadə edilir:

  • Birinci tərəfə aid daimi kukilər
  • Texniki seansla bağlı kukilər
  • Üçüncü tərəfə aid kukilər (Google Analytics-ə aid kukilər daxil olmaqla)
  • Share vidgetindən üçüncü tərəfə aid kukilər Bu kampaniya xarakterli internet səhifəsində aşağıdakı növ kukilərdən istifadə edilir: “birinci tərəfə aid daimi kukilər” və “seansla bağlı kukilər”.

“Birinci tərəfə aid daimi kukilər” internet səhifəmizin ziyarətçiləri haqqında aşağıdakı məlumatları izləməyə imkan verir:

  • IP ünvan (anonim)
  • Məkan: ölkə, bölgə, şəhər, təxmini enlik və uzunluq (geoməkan)
  • Sorğunun (internet səhifəsinə ziyarətin) tarixi və vaxtı
  • Baxılan səhifənin adı (Səhifənin adı)
  • Baxılan səhifənin URL-si (Səhifənin URL-si)
  • Cari səhifədən əvvəl baxılan səhifənin URL-si (Keçid mənbəyi URL-si)
  • İstifadəçinin cihazında ekranın əksetmə qabiliyyəti
  • Yerli ziyarətçinin saat qurşağındakı vaxt
  • Kliklənmiş və endirilmiş fayllar (Endir)
  • Kliklənmiş xarici domenə linklər (Göndərilən link)
  • Səhifələrin yaranma vaxtı (internet səhifələrin veb-server tərəfindən yaradıldığı və sonra ziyarətçi tərəfindən yükləndiyi vaxt: Səhifənin sürəti)
  • İstifadə edilən brauzerin əsas dili (Accept-Language başlığı)
  • Brauzerin versiyası, brauzerin qoşmaları (PDF, Flash, Java, …) əməliyyat sistemi versiyası, cihaz identifikatoru (İstifadəçi agenti başlığı)
  • Ziyarət edilmiş səhifənin dili
  • Kampaniyalar
  • Saytda axtarış
  • Tədbirlər

Toplanmış məlumatlar marketinq, bazarın araşdırılması sahəsində çalışan hər hansı digər təşkilatlarla və ya biznes məqsədlər ilə bağlı paylaşılmır. Bundan əlavə, yuxarıda qeyd edilmiş məlumatlar hər hansı xüsusi ziyarətçini müəyyən etmək üçün istifadə edilmir.

“Birinci tərəfə aid daimi kukilər” bu internet səhifəsi tərəfindən yaradılır və aşağıdakılara imkan verir:

  • internet səhifəsinin düzgün fəaliyyəti;
  • internet səhifəsinin funksionallığını təkmilləşdirmək üçün statistik məlumatların toplanması və bu məqsədlə internet səhifəsi Google Analytics-dən (aşağıda daha çox məlumat verilmişdir) istifadə edir;
  • sosial media ilə paylaşma funksiyaları.

“Birinci tərəfə aid daimi” kukilərin ön üç aydan (13) sonra istifadə müddəti bitir və həmin müddətdən sonra istifadəçinin cihazından avtomatik qaydada silinir. “Texniki seans” ilə bağlı kukilər hər hansı məlumatdan ibarət deyil, istifadəçinin seansı (internet səhifəsində keçirilən vaxt) müddətində yerləşdirilir.

Bu kukilər internet səhifəsinə daxil olduqda ziyarətçinin seçimlərini saxlamaq üçün lazımdır. Ziyarətçi internet səhifəsini tərk etdiyi zaman seans ilə bağlı kuki silinir.

“Üçüncü tərəflərə aid kukilər” (Google Analytics kukiləri daxil olmaqla) haqqında aşağıda ətraflı məlumat verilmişdir. Share vidgetindən “Üçüncü tərəflərə aid kukilər” istifadəçilərin sosial mediada məzmun paylaşmasına icazə vermək üçün kompüterə yerləşdirilir.

İnternet səhifəmizdə olduğunuz zaman sosial media hesablarımıza linklərin göstərilməsi üzrə kukilər quraşdırılmır.

RAZILIQ

İnternet səhifəsinə ilk dəfə daxil olduqda, internet səhifə ziyarətçisinə kukilərin yerləşdirilməsini qəbul etmək (“Yaxşı, razıyam”) və ya imtina etmək (“Kukilərdən imtina”) seçimləri verilir.

Kukilərin qəbul edilməsi: Bu seçimə klikləyərək ziyarətçi aşağdakı məqsədlər üçün bütün kukilərin yerləşdirilməsinə razılıq verir:

  • İnternet səhifəsinin uyğun şəkildə fəaliyyəti
  • Sosial media ilə paylaşma funksiyası
  • Statistik məlumatların toplanması

Kukilərdən imtina: Bu seçimə klikləməklə ziyarətçi yuxarıda adı çəkilən kukilərin heç birinin yerləşdirilməsinə razılıq vermir. Bu halda, yalnız seans kukisi yerləşdirilir; bu texniki kukidir və əsas məqsədi ziyarətçilərin seçimlərini yadda saxlamaqdır. Bu kuki istifadəçinin seansı müddətində yerləşdirilir (internet səhifəsində keçirilən vaxt) və adı çəkilən seans müddəti bitdikdə avtomatik olaraq silinir. Kukilərin qəbulundan imtina internet səhifəsində naviqasiya təcrübənizə mane olmur.

Heç bir seçim edilməyib: Ziyarətçi kukiləri qəbul və ya rədd etmirsə, internet səhifəsi bunu kukilərin yerləşdirilməsindən imtina kimi qəbul edir və seçim edilənə qədər bütün əlaqəli funksiyalar dayandırılır.

“Yaxşı, razıyam” seçiminə klikləyərək razılıq verilmədiyi təqdirdə, ziyarətçilərin cihazlarında heç bir kuki yerləşdirilməməlidir.

İmtina

Ziyarətçi kukilərin yerləşdirilməsinə razı olduğu halda, istənilən vaxt bu qərarı dəyişmək və imtina etmək mümkündür. İmtina etmək üçün ziyarətçi brauzerlərindəki bütün kukiləri silməlidir. Ancaq belə etsəniz, hər dəfə hər hansı internet səhifəsinə ziyarət etdikdə bəzi seçimləri əl ilə tənzimləməli olacaqsınız və bəzi xidmətlər və funksiyalar işləməyə bilər.

TMüxtəlif brauzerlərdə kukilərin tənzimlənməsi haqqında öyrənmək üçün aşağıdakı səhifəyə baş çəkin: https://www.aboutcookies.org/

İZLƏNMƏMİ İSTƏMİRƏM

“İzlənməmi istəmirəm” ziyarətçilərin analitik xidmətlər, reklam şəbəkələri və sosial platformalardan istifadə daxil olmaqla, hər hansı bir məqsədlə internet səhifələri tərəfindən izlənilməməsini təmin edən texnologiyadır. “İzlənməmi istəmirəm” funksiyasını birbaşa veb brauzerinizdə aktivləşdirə bilərsiniz. Google Analytics, veb brauzerində bu funksiyanı aktivləşdirən istifadəçiləri izləmir.

GOOGLE ANALYTICS

İnternet səhifəsi yuxarıda adı çəkilən ziyarətçilərin məlumatını izləmək üçün Google Analytics-dən istifadə edir. İnternet səhifəsi yuxarıda adı çəkilən ziyarətçilərin məlumatını izləmək üçün Google Analytics-dən istifadə edir. Bu məqsədlə yuxarıda sadalanan toplanmış məlumatlar Google İnc. şirkətinə ötürülür. Google İnc. şirkətinə ötürməzdən əvvəl, ziyarətçilərin İP ünvanları internet səhifəsi tərəfindən anonimləşdirilir; bununla internet səhifəsinin tam funksionallığını seçən ziyarətçilərin anonimliyini qorunur. Google Analytics məlumatların saxlanmasına nəzarət funksiyasını işə salmışdır. Bu funksiya internet sahiblərinə Google Analytics hesabı daxilində saxlanılan məlumatların saxlanma müddətini təyin etmək imkanı yaradır. Təyin edilmiş saxlanma müddəti 26 aydır; bu müddətdən sonra istənilən məlumatlar Google serverlərindən silinir.

7. Şəxsi məlumatlarınıza kimin çıxış imkanı var və onlar kimə açıqlanır?

Şəxsi məlumatların emalı əməliyyatını həyata keçirməyə cavabdeh olan Komissiyanın heyətinə və “rəsmi ehtiyac” prinsipinə uyğun olaraq digər səlahiyyətli heyətə şəxsi məlumatlara giriş imkanı verilir. Bu cür heyət qanuni və zəruri hallarda əlavə məxfilik müqavilələrinə tabedir. Müəyyən emal üçün şəxsi məlumatlara giriş EEAS işçi heyətinə “rəsmi ehtiyac” əsasında verilir.

OLAF, IDOC, IAS (Daxili Audit Xidmətləri), Komissiyanın Hüquq Xidmətləri, o cümlədən digər Baş Direktoratlığın işçi heyəti (SG, DG BUDG və məlumat xidmətləri) rəsmi tədqiqat kontekstində və ya audit məqsədləri üçün tələb olunduqda.

2018/1725 saylı (Aİ) Əsasnamənin 3(13)-cü Maddəsinə uyğun olaraq, İttifaq və ya Üzv Dövlətin qanununa əsasən xüsusi sorğu çərçivəsində şəxsi məlumatları ala bilən dövlət orqanları (məs. Audit Məhkəməsi, Aİ Ədliyyə Məhkəməsi) qəbuledən hesab edilməməlidir. Bu dövlət orqanları tərəfindən həmin məlumatların sonrakı emalı, emalın məqsədlərinə uyğun olaraq tətbiq olunan məlumatların qorunması qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

Şəxsi məlumatların emalı əməliyyatını həyata keçirməyə cavabdeh olan Aİ-nin Nümayəndəliklərindəki EEAS heyətinə və “rəsmi ehtiyac” prinsipinə uyğun olaraq səlahiyyətli heyətə şəxsi məlumatlara giriş imkanı verilir. Bu cür heyət qanuni və zəruri hallarda əlavə məxfilik müqavilələrinə tabedir.

Məlumatlara nəzarət orqanı adından və müqavilə əsasında işləyən və “rəsmi ehtiyac” prinsipinə uyğun olaraq və məlumatı qəbul etmək üçün abunəlikləri idarə etmək məqsədilə internet səhifəsinin yaradılması, texniki xidməti, idarə edilməsi, internet səhifələrinin arxivləşdirilməsi və kommunikasiya fəaliyyətləri ilə məşğul olan xarici podratçılara şəxsi məlumatlara giriş imkanı verilir.

Komissiya adından Aİ Nümayəndəlikləri tərəfindən cəlb edilmiş podratçı və kommunikasiya şirkətləri tərəfindən şəxsi məlumatların emalı podratçıların Aİ/EEA şirkətləri olmadığı və ya layihənin/proqramın həyata keçirildiyi ölkədə yerli ofislərdən istifadə etdiyi beynəlxalq köçürmələri əhatə edə bilər. Xarici fəaliyyət kontekstində.

Bu köçürmələr tam uyğunluğa dair qərara əsaslanır

  • Böyük Britaniyada şəxsi məlumatların müvafiq formada qorunması üzrə Avropa Parlamentinin və Şuranın 2016/679 saylı Qərarına (Aİ) uyğun olaraq 28 iyun 2021-ci il tarixli Komissiyanın İcra Qərarı (Aİ) 2021/1772;
  • istisnalar – ictimai maraq səbəbindən (Maddə 50(1)(d)).

Qanunla tələb oluna bilən hallar və məqsədlər istisna olmaqla, toplanan məlumatlar üçüncü şəxslərə verilmir.

8. Hansı hüquqlarınız var və onları necə həyata keçirə bilərsiniz?

“Məlumat subyekti” kimi 2018/1725 saylı (Aİ) Əsasnamənin III fəslinə (14-25-ci Maddələr) uyğun olaraq spesifik hüquqlarınız, xüsusən şəxsi məlumatlarınız yanlış və ya natamam olduqda şəxsi məlumatlarınıza daxil olmaq və onlara düzəliş etmək hüququnuz var. Mümkün olduğu hallarda, şəxsi məlumatlarınızı silmək, şəxsi məlumatlarınızın emalını məhdudlaşdırmaq, məlumatların emalına etiraz etmək və məlumatların yığcamlığına dair hüququnuz var.

Məlumatlara nəzarət orqanı, habelə mübahisə hallarında Məlumatların qorunması üzrə baş mütəxəssis ilə əlaqə quraraq hüquqlarınızdan istifadə edə bilərsiniz. Lazım gələrsə, Avropa məlumatların qorunması üzrə nəzarətçi ilə də əlaqə saxlaya bilərsiniz. Onların əlaqə məlumatları aşağıda 9-cu başlığın altında verilmişdir.

Hüquqlarınızı bir və ya daha çox xüsusi məlumat emalı əməliyyatı məzmununda həyata keçirmək istəyirsinizsə, müraciətinizdə onları təsvir edin (yəni aşağıda 10-cu Başlığın altında təsvir olunduğu kimi qeyd nömrələri).

9. Əlaqə məlumatları

  • Məlumatlara nəzarət orqanı

2018/1725 saylı (Aİ) Əsasnaməyə uyğun olaraq hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, yaxud şərhləriniz, suallarınız və ya narahatlıqlarınız varsa və ya şəxsi məlumatlarınızın toplanması və ya istifadəsi ilə bağlı şikayət göndərmək istəyirsinizsə, bu məqsəd üçün nəzərdə tutulmuş elektron poçt ünvanı vasitəsilə Məlumatlara nəzarət orqanı, Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı / NEAR.A1 idarələrarası əlaqələr və rabitə bölməsi ilə əlaqə saxlayın:

NEAR-A1@ec.europa.eu

– Komissiyanın Məlumatların qorunması üzrə baş mütəxəssisi (DPO)

Aİ-nin 2018/1725 saylı Əsasnaməyə uyğun olaraq şəxsi məlumatlarınızın emalına dair məsələlər ilə bağlı Məlumatların qorunması üzrə baş mütəxəssis (DATA-PROTECTION-OFFICER@ec.europa.eu) ilə əlaqə saxlaya bilərsiniz.

– Avropa məlumatlarının qorunması üzrə nəzarətçi (EDPS)

Şəxsi məlumatlarınızın Məlumatlara nəzarət orqanı tərəfindən emalı nəticəsində 2018/1725 saylı (Aİ) Əsasnaməyə uyğun olaraq hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, Avropa məlumatlarının qorunması üzrə nəzarətçiyə (edps@edps.europa.eu) müraciət etmək (yəni şikayət göndərmək) hüququnuz var.

10. Daha ətraflı məlumatı haradan əldə etmək olar?

Məlumatların qorunması üzrə baş mütəxəssis (DPO) Komissiya tərəfindən sənədləşdirilmiş və ona bildirilmiş şəxsi məlumatların bütün emalı əməliyyatları haqqında qeydləri reyestrdə dərc edir. Aşağıdakı link vasitəsilə reyestrə daxil ola bilərsiniz: DPO-nun ictimaiyyətə açıq reyestri (europa.eu).

Bu xüsusi emal əməliyyatı DPO-nun ictimaiyyətə açıq reyestrinə aşağıdakı qeyd nömrəsi ilə daxil edilmişdir: DPR-EC-07086.