
Güclü Qadın – Güclü Cəmiyyət
Ümumdünya İqtisadi Forumunun məlumatlarına əsasən, hazırkı inkişaf tempi ilə tam gender bərabərliyinə yalnız 2158-ci ildə – təxminən beş nəsil sonra – nail olmaq mümkün olacaq.
Aİ-Azərbaycan tərəfdaşlığı gender bərabərliyinin təşviqinə yönəlmiş çoxsaylı Aİ tərəfindən maliyyələşdirilən layihələri dəstəkləyib. Bu təşəbbüslər yalnız qadınların gücləndirilməsini deyil, həm də kişilərin və uşaqların cəlb olunmasını hədəfləyir – daha inklüziv və balanslı cəmiyyətin formalaşmasına xidmət edir. Kampaniya çərçivəsində bu layihələrin real təsirini nümayiş etdirən, faydalananların ruhlandırıcı hekayələri təqdim olunacaq. Onların təcrübələri əməkdaşlığın, imkanların və dəyişikliyin gender bərabərliyinin inkişafındakı gücünü əks etdirir.
Gəlin bir yerdə dünyada bərabərliyə doğru irəliləyişi daha da sürətləndirək!
Tədbirlər

Maneələri aşmaq və dəyişikliyə yol açmaq
7 mart 2025-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Belçika Krallığının Azərbaycandakı Səfirliyi və Gənc Avropa Səfirləri Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “GÜCLÜ QADIN, GÜCLÜ CƏMİYYƏT” şüarı altında yeni kampaniya çərçivəsində “Maneələri aşmaq və dəyişikliyə yol açmaq” adlı tədbir təşkil etdilər. Kampaniyanın məqsədi gender bərabərliyi və gender pariteti istiqamətində beynəlxalq səviyyədə əldə olunmuş irəliləyiş barədə məlumatlılığı artırmaqdır.

GÜCLÜ QADIN, GÜCLÜ CƏMİYYƏT
12 mart 2025-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “GÜCLÜ QADIN GÜCLÜ CƏMİYYƏT” şüarı altında xüsusi tədbirlə yeni kampaniyaya start verib. Tədbirdə həmçinin azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub və Polşanın Bakıdakı səfirliyinin “Görkəmli polşa qadınları” adlı sərgisi nümayiş etdirilib.

“Park Cinema” kinoteatrında Latviya istehsalı olan “Mariyanın səssizliyi” filmi nümayiş olundu
Kinosevərlər 11 aprel cümə günü “Park Cinema” (Alov Qüllələri) kinoteatrında Latviya istehsalı olan “Mariyanın səssizliyi” bədii filmini izləmək imkanı əldə etdilər.
Hekayələr

Qadın minatəmizləyənlər danışır
Səmayə Əhmədli: Atam qərarımı dəstəklədi, mənə dayaq oldu

ŞƏKİNİN YENİ BRENDİ – A.N.S.
Aynur, Nigar, Səlimə Kərimovalar “Covid-19” pandemiyası başlayanda ağıllarına belə gətirməzdilər ki, onlar pandemiyadan A.N.S. brendi ilə çıxacaqlar. “Uluçay” təşkilatının İdarə Heyətinin sədri Mayis Səfərov onlara Avropa İttifaqının maliyyələşdirdiyi “Şəkidə həssas icmalar üçün təcili startap dəstəyi” layihəsinə qoşulmağı təklif etdi.

MÜƏLLİMƏNİN BAĞI
Avropa İttifaqının bir neçə layihəsinin benefisiarı, “Citrus Valley” təsərrüfatının sahibəsi, Rəftarə Şükürovanın fikrincə, bağ salmaqla müəllimlik bir-birinə çox bənzəyir.

ON BARMAĞIN ONU DA MƏRİFƏT
lhamə Musayevanın ilham və sevgi dolu hekayəsi. Bir mövsümdə 1200 banka xiyar, 1800 banka acika, sutkada bir saat yuxu, bir saatda 40 pirojki. Səhər saat 4-dən axşam saat 6-ya kimi bir dəqiqəsi boş olmayan iş rejimi.

ARILAR ÜÇÜN ARABA
Avropa İttifaqının iki layihəsinin benefisiarı, Balakən rayonu Hənifə kənd sakini, arıçı Nəzakət Camalova bu yaz arzusuna çatdı. İndi onun arıları daşımaq üçün arabası vardı, yəni arılarını “gəzməyə” apara bilərdi.

“ÇİNAR” – ON İKİ QADININ ÜMİD AĞACI
Zaqatalanın Yuxarı Tala kənd sakini, Aİ-nin benefisiarı Səadət Dibirova Azərbaycanın ilk qadın kooperativi “Çinar”ı yaradan qadınlardan danışır.

İtaliya saatı
Gənc modelyer, “RozSev” brendinin yaradıcısı Aytən Xəlilzadə “Aİ Mədəniyyət üçün” layihəsinin mobillik qrantını udub, bu yay Milanda bir ay İnsituto di moda Burgoda Dəb dizaynı kursunda təhsil alıb.

ATALIQ DİPLOMU
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali FonduBMT-nin Qadınlar Agentliyi ilə birgə həyata keçirdiyi “Atalar Məktəbi – Məsuliyyətli atalığa doğru” layihəsinin benefisiarı Rəvan Cəbrayılov Atalıq diplomunu alsa da, onun fikrincə, nə atalıq dərsləri bitəndir, nə də imtahanları.

COVİDİN AÇDIĞI QAPILAR
Covid-19 pandemiyası çoxumuzu qapıları bağlayıb evdə oturmağa məcbir edəndə, onlar, əksinə, qapıları açırdılar. Özü də Bakıda yox, Şamaxının ucqar kəndlərində – Quşçuda, Birinci Çaylıda, Göylərdə, Çuxuryurdda, Məlikçobanlıda, Sabirdə.

Hobbidən şəxsi biznesə
Azərbaycanın qərbində yerləşən Tovuz rayon sakini olan ingilis dili müəlliməsi Vüsalə Əhmədova doğma şəhərində “Edu Prime” adlı təhsil akademiyası açıb. Bu özəl təhsil müəssisəsində uşaqlar ibtidai məktəbə hazırlaşmaqla yanaşı, həm də əqli və fiziki cəhətdən inkişaf etmək imkanı qazanırlar.