Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim seminarı keçirilmişdir

09/03/2023

7 mart 2023-cü il tarixlərində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi“ layihəsi çərçivəsində “Ali təhsildə akkreditasiya və ekspertlərin rolu” mövzusunda təlim seminarı beynəlxalq ekspert Achim Hopbach tərəfindən keçirilmişdir. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.

Akkreditasiya sadəsində yerli ekspertlər üçün təşkil edilmiş təlimdə müxtəlif ali təhsil müəssisələrindən yüzə yaxın ekspert iştirak edib. Təlim seminarı ali təhsildə və Avropa Ali Təhsil Məkanında akkreditasiya, ekspert əsaslı qiymətləndirmə, ekspertlərin rolu və akkreditasiya hesabatının hazırlanması kimi əhəmiyyətli mövzularda beynəlxalq təcrübəni əhatə edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.