Skip to main content

Aİ-AZƏRBAYCAN BİZNES FORUM 2020-2022

Təsvir
"Aİ-Azərbaycan Biznes Forumu 2020-2022" layihəsinin əsas məqsədi biznes mühitini yaxşılaşdırmaqla Azərbaycanda qeyri-neft sektorunu gücləndirmək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməkdir. Layihənin əsas vəzifələri Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, Azərbaycandakı biznes mühiti və investisiya imkanları barədə məlumatlılığın artırılması və dövlət-özəl dialoqunun genişləndirilməsinə həsr olunub. Layihənin əsas vəzifələrindən biri Azərbaycanın biznes mühitini Avropa şirkətlərinin gözü ilə təqdim etmək və illik inkişafı iqtisadi islahatlarla təhlil etməkdir.
Layihə COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) və İnvestBaku ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Konkret məqsədi
- Aİ və Azərbaycandan olan biznes müəssisələr arasında iqtisadi əməkdaşlığın inkişafını təşviq etmək üçün strukturlaşdırılmış dövlət-özəl dialoqunun yaradılmasına dəstək;
- Aİ-nın biznes müəssisələri üçün Azərbaycandakı biznes mühiti və investisiya imkanları barədə məlumatlılığı və bilikləri gücləndirmək;
- Azərbaycanla Aİ arasında iqtisadi əlaqələrin təşviqində Aİ-nın görüşlərini təmin etmək.
Gözlənilən nəticələr
- “Aİ Biznes Mühiti Hesabatı: Azərbaycan 2020 və 2021”-i hazırlamaq;
- “Aİ Biznes Əlaqələndirmə Tədbiri 2020 və 2021”-i təşkil etmək (“Aİ Biznes Mühiti Hesabatı: Azərbaycan”ın təqdimatı ilə);
- “Aİ-Azərbaycan Biznes Forumu 2020 və 2021”-I təşkil etmək;
- Seçilmiş bir islahatın dərin təhlilini hazırlamaq (daxili məqsədlər üçün);
- 2020 və 2021-ci illərdə Bakıdan kənarda müəyyənləşdirilmiş sektorlara aid biznes missiyaları təşkil etmək.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
EU Business Mission to Nakhchivan (1 minute video)
EU Business Mission to Nakhchivan (long video)
EU-Azerbaijan Business Forum 2022
EU Business Mission visits AFEZ-Alat Free Economic Zone Authority
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət
Mövzular:
Biznes
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
26.02.2020
Bitmə tarixi:
25.02.2022
Veb-sayt:
www.cowi.com
Aİ Layihə nömrəsi:
414-771