Skip to main content

Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması

Təsvir
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilir.

Layihənin ümumi məqsədi “Azərbaycanın seçilmiş regionlarında əhatəli təhsil sistemi üçün müəllimlərin tədris imkanlarının və idarəetmənin, habelə pedaqoji resursların və siyasətin təkmilləşdirilməsi”ndən ibarətdir. Layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad bölgələrində icra edilir.

Layihədən orta ümumtəhsil məktəblərində çalışan 1000-dən artıq ibtidai sinif müəllimi, 400 universitet müəllimi, eləcə də pedoqoji universitetlərdə təhsil alan 2000-dən artıq tələbə və 250 məktəb direktoru faydalanacaqdır.
Konkret məqsədi
- Müəllim hazırlığı kurrikulumunun, dərsliklərin, kurs və tədris materiallarının təkmilləşdirilməsi və modernləşdirilməsi;
- İbtidai sinif müəllimləri və əlilliyi olan uşaqlara dəstək olan digər mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi;
- İbtidai sinif müəllimləri və digər yardımçı heyət üçün resurs mövcudluğunun təmin edilməsi;
- Əhatəli təhsil sistemi üçün münbit şəraitin yaradılması, normativ baza və siyasətin təkmilləşdirilməsi.
Gözlənilən nəticələr
- Müəllim hazırlığı kurikulumu, dərsliklər, kurslar və tədris materialları hazırlanıb və müasirləşdirilib;
- Təhsildə xüsusi ehtiyacları/əlilliyi olan uşaqlara dəstək vermək məqsədilə ibtidai təhsil müəllimlərinin və digər mütəxəssislərin bacarıq və bilikləri təkmilləşdirilib;
- İbtidai təhsil müəllimləri və digər köməkçi heyət üçün resurs mövcudluğu təmin edilib;
- Əhatəli təhsil sistemi üçün əlverişli mühit, qanunvericilik bazası və proqramlar təkmilləşdirilib.
Layihə sənədləri
Beneficiaries
Attitude and perception of public positively changed towards the participation of children with special needs/disabilities in general education system
24 training sessions on parent engagement in Inclusive education organized in 6 target regions
At least three policy papers and recommendations developed and presented to Milli Majlis and MoE on IE system
Regional resource centres providing advisory, training and support services to key target groups and civil society actors in IE
240 school administrators trained on IE and their roles in ensuring quality IE education
Pre-service training courses and relevant educational materials designed and incorporated into the educational programs of pedagogical universities
Layihə xəritəsi
Foto qalereya
24 training sessions on parent engagement in Inclusive education organized in 6 target regions
Pre-service training courses and relevant educational materials designed and incorporated into the educational programs of pedagogical universities
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Təhsil, Bacarıqlar
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
07.05.2018
Bitmə tarixi:
07.09.2020
Aİ Layihə nömrəsi:
397-169