Skip to main content

Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək

Təsvir
“Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” adlanan layihə yerli tərəfdaşlar sayılan Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birlikdə həyata keçirilib. 27 aylıq bir dövrü əhatə edən Layihə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarındakı 100 kənddə 1-5 hektar nar bağına sahib olan 2120 kiçikmiqyaslı nar istehsalçılarını əhatə edib. Burada onlara məhsuldarlığı və keyfiyyəti artırmaq üçün təlimlər, seminarlar keçirilib, aqronom məsləhət xidmətləri vasitəsilə yeni və ən yaxşı aqrotexniki metodlar, vasitələr və qida təhlükəsizliyinə aid daha faydalı məlumatlar verilib
Digər tərəfdən, Layihə müddətində ANİİA-nın tərəfdaşı rolunda çıxış edən AZTA tərəfindən müəyyən edilmiş 5 narçı fermer təsərrüfatında aqroturizm imkanlarını artırmaq məqsədilə nar becərənlərə texniki yardım göstərib. Hazırlanmış aqroturizm proqramı nar turları və texniki yardım nəticəsində fermerlər və onların icmaları həm yerli, həm də xarici turistləri qəbul etmək, daha yüksək qazanc üçün meyvə və digər nar məhsullarını satmaq və yerli mətbəxi birbaşa təbliğ etmək imkanı əldə ediblər.
Konkret məqsədi
- Məsləhət Şurası və kənd təsərrüfatının genişləndirilməsi xidmətləri üçün 7 sahə yerli dəstək komandaları vasitəsilə ANİİA-nın təşkilatı inkişafı;
- Fermerlərin bilik və bacarıqlarının artırılmasına dəstək;
- Fermerlərə Qlobal GAP qaydaları haqqında məlumat verməklə məhsulların keyfiyyətini və qalıcılığının artırılması;
-Şəhərdəki alıcıların yerli nar istehsal edən icmaların məhsullarını əldə etmələrinə yardım etmək.
Gözlənilən nəticələr
-Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarında 100-dən çox icmadan 2120 kiçik nar istehsalçısı intensiv kənd təsərrüfatı təlimləri və sahə məsləhət xidmətləri nəticəsində məhsuldarlığın artırılmasına nail olmuş, həmçinin bazarlara və xidmətlərə daha yaxşı çıxış imkanından faydalanmışlar;
- Göyçay, Saatlı, Sabirabad və Kürdəmir rayonlarının ərazisindən 83 hektar yeni nar bağları salınmışdır.
- 388 hektar sahədə təsərrüfatlarda zərərvericilərə qarşı bioloji mübarizə üsullarından uğurla istifadə olunub və bununla da kimyəvi üsullardan istifadənin həcmi azalıb.
- Göyçay və Kürdəmir rayonlarında 65 yerli turist ailəsinə aqroturizm xidməti göstərə bilən 5 kiçik sahibkara aqroturizmdən alternativ gəlir əldə etmək imkanı yaradılıb;
- Gündəlik istehsal gücü minimum 500 ədəd pasterizə edilmiş 1 litrlik nar şirəsi butulkası istehsal edən emal müəssisəsi təşkil edilmişdir.
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən emal müəssisəsinin qanuni fəaliyyət göstərməsi üçün rəsmi icazə sənədi alınıb.
- Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə torpaqlarını qeydiyyata almaq və kənd təsərrüfatı subsidiyasını təmin edən fermer kartını almaq üçün 312 nəfər narçı fermer Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) ilə əlaqələndirilib.
Layihə xəritəsi
Foto qalereya
Trainin session for women entrepreneurs in Ujar
Video qalereya
Agrotourism Promotional Video 2
Agrotourism Promotional Video 1
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.08.2020
Bitmə tarixi:
31.10.2022
Veb-sayt:
www.pomegranate.az
Aİ Layihə nömrəsi:
412-678