Skip to main content

Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfat təşəbbüsləri

Təsvir
"Telişli" Layihəsinin başlıca məqsədi Telişli ekomiqrant icması üçün yeni gəlir mənbələri yaratmaq, Kür çayında baş verən daşqınlardan ciddi ziyan çəkmiş insanların iqtisadi fəallığını təşviq etmək, insanların yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq, onlar üçün iş yerləri yaratmaq və Telişli icmasının sosial-iqtisadi inkişafına kömək etməkdir. Təklif olunan bütün fəaliyyətlər kənd təsərrüfatı ilə əlaqədardır və onlar böyük potensiala və ənənələrə sahib olan bu az gəlirli icmanın inkişafına təkan verəcəkdir. İqlim dəyişikliyi ilə əlaqədar olaraq baş verən daşqınların vurduğu ziyan icmanın ehtiyaclarını və əlacsızlıqlarını daha da artırırdı. Üç il ərzində layihənin 5 fəaliyyətinin həyata keçirilməsi kənd təsərrüfatında ən yüksək məhsul istehsalına imkan verəcəkdir. Layihə əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaqdır. Bu, icma üzvlərinin öz potensiallarına daha çox inam yaratmaqlarına və fəaliyyətlərinin davamlılığını təmin etməklərinə imkan verəcəkdir.
Konkret məqsədi
Azərbaycanın Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin və məşğulluğun formalaşması üçün icma əsaslı təşəbbüsləri təşviq etmək.

Gözlənilən nəticələr
- İcmaya məxsus otlaqların məhsuldarlığının artırılması və ekoloji təmiz məhsulların istehsalı üçün suvarma sisteminin təkmilləşdirilməsi;
- Tərəkəmə xalça istehsalı sexinin yaradılması;
- İcma üzvləri tərəfindən istehsal olunan əkinçilik və heyvandarlıq məhsullarının satışı üçün yolüstü Servis kooperativinin yaradılması;
- Hələb keçi fermasının yaradılması;
- Balıqçılığın inkişafı üçün göl təsərrüfatının yaradılması.
Layihə sənədləri
Beneficiaries
Telishli ecomigrant community, “Terekeme carpet” workshop-cooperative members, Service Cooperative members, “Halep Goats” cooperative members, “Pond farm” cooperative members
Layihə xəritəsi
Foto qalereya
Telishli ecomigrant community, “Terekeme carpet” workshop-cooperative members, Service Cooperative members, “Halep Goats” cooperative members, “Pond farm” cooperative members
EuroVillage Nakchivan
EU Beach Clean-up 2019
21 May 2019 - EU Days in Mingachevir, 22 May 2019 - Field visit to grant project SEEDS in the Samukh district, Sarykamysh village
Coordination meeting for EU-funded Projects in Telishli
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
13.11.2017
Bitmə tarixi:
13.11.2020
Aİ Layihə nömrəsi:
388-873