Skip to main content

COVCHEG: Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi

Təsvir
Slow Food International-ın Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirdiyi "COVCHEG – Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi" layihəsi Slow Food International tərəfindən hazırlanmış alətlər vasitəsilə yerli biomüxtəlifliyin qorunmasına, həmçinin kənd icmalarının iqtisadi durumunun bərpası və rifahının artırılmasına yönəldilmişdir.

Dad Gəmisi (Ark of Taste) komponenti dünya miqyasında yerli biomüxtəliflik elementlərini təbliğ edir, Prezidiya (Presidia) komponenti fermerləri qida cəmiyyəti yaratmaq üçün bir araya toplayır və istehsal keyfiyyətini artırmaq üçün istehsal protokolları yaradır. Digər bir tərəfdən, Slou Fud Səyahət (Slow Food Travel), Torpaqdan Bazara (Earth Markets) və Aşpazlar Alyansı (Cooks' Alliance) komponentləri alternativ qazanc imkanları yaradaraq yerli məhsulların daha da tanıdılmasına və marketinqinə kömək edir. Nəhayət, Təhsil (Education) komponenti fərqindəliyi artırır və gənc nəslə yerli biomüxtəlifliyin əhəmiyyətini öyrədir.
Konkret məqsədi
- Kiçik fermerlərinin gəlirlərinin artırılması üçün davamlı yerli ərzaq zəncirinin gücləndirilməsi;
- Daha möhkəm kənd icmaları üçün əlavə gəlir mənbəyi kimi kənd turizminin təbliği;
- Kənd icmaları və yerli ərzaq sistemləri arasında əlaqələrin inkişaf etdirilməsi.
Gözlənilən nəticələr
- İcma əsaslı qida sistemlərinin gücləndirilməsi;
- Bazar əsaslı pilot təşəbbüslərin icra olunması;
- İqtisadi fəaliyyət şaxələnməsinin artması.
Layihə xəritəsi
Foto qalereya
Taste Workshop
Stakeholders Advisory Committee Meeting
Meeting with Cooks' Alliance
Video qalereya
Slow Food Azerbaijan video updated
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.09.2018
Bitmə tarixi:
25.12.2021
Aİ Layihə nömrəsi:
388-868