Skip to main content

Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək Layihəsi (SLRD)

Təsvir
Layihənin ümumi məqsədi regionlar arasında sosial-iqtisadi fərqləri azaltmaqla yanaşı, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı regional inkişafa töhfə vermək.
"Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək" layihəsi milli və lokal miqyasda rayonlar üzrə ilkin qiymətləndirmənin aparılmasında və inkişaf proqramlarının planlaşdırılmasında öz tərəfdaşlarına önəmli dəstək vermiş, eyni zamanda İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bələdiyyələr, qadın sahibkarlıq inkişafı assosiasiyaları, habelə qadın sahibkarlar və yerli təşkilatçılar kimi bir çox tərəfdaşların institusional imkanlarını yaxşılaşdırmışdır. Bütün bunların bariz nümunəsi kimi yerli bələdiyyələr tərəfindən 32 Yerli İnkişaf Planı (YİP), regional tərəfdaşlar tərəfindən isə 11 Rayon İnkişaf Planı (RİP) işlənib təqdim edilmişdir.
Konkret məqsədi
Regional inkişafın idarə olunmasında və ərazilər üzrə planlaşdırılmasında yerli idarəetmə qurumlarının bacarıqlarının gücləndirilməsi
Gözlənilən nəticələr
- Kənd bələdiyyələri ilə 32 Yerli Inkişaf Planı hazırlanmışdır;
- 11 Rayon Inkişaf Planı regional inkişafa dair planlaşdırma metodologiyalarının inkişafı və tətbiqi yolu ilə hazırlanmışdır;
- Ümumilikdə 3746 iştirakçı (1595 qadın, 2151 kişi) bacarıqların artırılması üzrə cəmi 188 tədbirdən, o cümlədən 2571 (1289 qadın, 1282 kişi) iştirakçını əhatə edən 141 təlimdən faydalanmışdır;
- 100-dək qadın sahibkar liderlik və şəbəkələşmə bacarıqlarını inkişaf etdirmişdir;
- Yerli və rayon səviyyəsində inkişaf planlaşdırması nəticəsində kənd təsərrüfatını və turizmi inkişaf etdirən 300-dən artıq xüsusi təşəbbüs qeydə alınmısdır;
- Kənd təsərrüfatı və turizmin inkişaf potensialından yararlanan 16 pilot tədbir həyata keçirilmişdir.
Layihə sənədləri
Beneficiaries
Regional planning and development
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2017
Bitmə tarixi:
30.11.2019
Veb-sayt:
www.giz.de
Aİ Layihə nömrəsi:
382-317