Skip to main content

Bərdə Peşə Liseyinin Modernləşdirilməsi

Təsvir
Layihənin əsas məqsədi Avropa standartlarına və təcrübəsinə uyğun olaraq, keyfiyyət, bərabərlik, uyğunluq və əlçatanlığın artırılması yolu ilə Bərdə peşə liseyində (BPL) peşə təhsili və təliminin müasirləşdirilməsidir. Layihə BPL-də müasir təhsilin tələblərinə uyğun təşkilatçılıq və idarəetmə sisteminin yaradılması, emalatxana və sinif otaqlarının yenilənməsi və müasir avadanlıqlarla təchiz edilməsi, müəllim və təlimatçı heyətinin texniki bacarıqlarının artırılması, yeni dərs vəsaitlərinin/kurikum üzrə modulların hazırlanması, lisey və onun proqramları haqqında ictimai məlumatlılığın artırılması istiqamətində fəaliyyət göstərir.
Layihənin əsas hədəf qrupları: 1) BPL-in idarəetmə heyəti və müəllimləri; (2) cari və perspektivdəki tələbələr; (3) BPL-dən məzun olan tələbələr ilə maraqlanan özəl sektor və sahibkarlar. Bu hədəf qrupları üçün Layihənin əsas nəticələri Bərdə və ətraf rayonlarda (Ağdam, Tərtər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabətədavamlılıq və bazarın tələblərinə cavab verən bacarıqlar aşılayan müasirləşdirilmiş peşə məktəbinin yaradılmasından ibarət olacaqdır.
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, icra hakimiyyətləri, sahibkarlar ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Konkret məqsədi
- BPL-in institusional və idarəetmə sisteminin yaradılması;
- Tələb və nəticə yönümlü kurikulumun hazırlanması;
- BPL-in davamlı fəaliyyəti üçün maliyyə mənbələrinin müəyyənləşdirilməsi və səfərbər edilməsi;
- BPL rəhbərliyi, müəllimlər və təlimçilərin texniki bacarıqlarının təkmilləşdirilməsi;
- Mövcud infrastruktur və maddi-texniki bazanın müasirləşdirilməsinə töhfə verilməsi;
- BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması.
Gözlənilən nəticələr
- İcma və özəl sektor tərəfdaşları ilə yaxından əməkdaşlıq etməklə yeni idarəetmə sistemi və təşkilati bacarığı olan müasir PTT mərkəzinin yaradılması;
- İkili PTT təhsili komponentləri olan nəticə yönümlü kurikulumun hazırlanıb təqdim edilməsi;
- Müəllimlərin akademik biliyi və texniki bacarıqlarının təkmilləşdirilməsi;
- Keyfiyyət Təminatı sisteminin yaradılıb işə salınması;
- BPL məzunlarına kənd təsərrüfatı üzrə əmək bazarının cari ehtiyaclarına uyğun olan bilik və bacarıqların verilməsi;
- İnnovativ və davamlı maliyyə mexanizmlərinin və mənbələrin müəyyənləşdirilməsi, icma və özəl sektor ilə əməkdaşlıq çərçivəsində institusionallaşdırlma;
- Əsas maraqlı tərəflərlə əməkdaşlıq etməklə müasirləşdirilmiş maddi-texniki baza və infrastrukturun müəllimlər və tələbələrin istifadəsinə verilməsi;
- BPL-in qabaqcıl təcrübə mərkəzi və icma üçün məşğulluq imkanları və bacarıqlarının yerli təchizatçısı kimi imicinin formalaşdırılması.
Layihə sənədləri
Beneficiaries
Twelve practical video lessons topics based on curricula and training were filmed
Labour Market Needs Assessment
Town Hall Meeting
Workshop on "Development of qualification standards and curriculum of the specialty"
Layihə xəritəsi
Foto qalereya
Town Hall Meeting
Workshop on "Development of qualification standards and curriculum of the specialty"
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Təhsil, Bacarıqlar
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
02.10.2017
Bitmə tarixi:
02.10.2021
Veb-sayt:
www.lga.az/
Aİ Layihə nömrəsi:
387-267