Skip to main content

Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı nazirliyinin potensialının artırılması

Təsvir
Tvinninq layihəsinin ümumi məqsədi Kənd Təsərrüfatı Nazirliyinə, kənd təsərrüfatına və kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyinin və səmərəliliyinin artırılmasına yardım edərək hökumətin iqtisadiyyatın şaxələndirilməsi, regional fərqlərin azaldılması və kənd yerlərinin dolanışıq səviyyəsinin yaxşılaşdırılması ilə bağlı siyasətinin həyata keçirilməsinə dəstək olmaqdır.
Layihənin əsas məqsədi Aİ-nin müvafiq siyasət prinsiplərinə və ən qabaqcıl təcrübələrinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin potensialını kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üçün dövlət dəstəyininin effektiv idarəsini və proqramlaşdırılmasını müəyyənləşdirmək baxımından artırmaqdır.
Konkret məqsədi
Layihəsinin məqsədi hökumətin iqtisadiyyatın şaxələndirilməsi, regional fərqlərin azaldılması və kənd yerlərinin dolanışıq səviyyəsinin yaxşılaşdırılması ilə bağlı siyasətinin həyata keçirilməsinə yardım etməklə kənd təsərrüfatı sektorunu inkişaf etdirməkdir.
Gözlənilən nəticələr
- Mövcud subsidiya siyasətinin qiymətləndiriməsi;
- Daxili dəstəyin səmərəliliyini artırmaq üçün həll variantlarının hazırlanması;
- Yeni birbaşa dəstək tədbirləri üçün hüquqi baza layihəsin hazırlanması;
- Ətraf mühit, torpaq idarəçiliyi, ictimai vəziyyət, canlıların sağlamlığı, eləcə də heyvanların baxımı ilə bağlı öhdəliklərin subsidiya ödənişləri ilə əlaqəli şəkildə qurulması;
- FTMMS-in Aİ Təsərrüfat Mühasibatı Məlumat Şəbəkəsi (FADN) standartlarına daha da uyğunlaşdırılması;
- Kənd yerlərinin mövcüd inkişafı proqramı və proqramlaşdırma metodologiyasının təhlil edilməsi;
- Aİ-nin kənd yerlərinin inkişafı sisteminin və ən qabaqcıl təcrübəsinin tətbiq edilməsi üçün təklifin hazırlanması;
- Subsidiya ödənişlərinin idarə edilməsi və nəzarət olunması üçün Kompleks İdarəetmə və Nəzarət Sistemi (KİNS- İACS) prinsiplərinə əsaslanan hüquqi bazanın qurulması;
- ISSP-nin istifadəsi vasitəsilə subsidiya ödənişlərinin idarə olunması üçün KTN-nin potensialının artırılması.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası, Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Səmərəli idarəçilik, Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
30.04.2019
Bitmə tarixi:
30.04.2021
Sosial media:

Aİ Layihə nömrəsi:
405-240