Skip to main content

EU4Climate

Təsvir
"EU4Climate" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən icra edilir. Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarusun iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 6 üzv dövlətində həyata keçirilən Layihə bu ölkələrdə Paris İqlim Sazişinə əsasən iqlim dəyişmələri təsirinə davamlı və aşağı emissiyalı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədini daşıyır. 2022-ci ilədək davam edəcək Layihənin əsas nəticəsi olaraq iqlim dəyişmələrinin təsirinə davamlı və aşağı emissiyalı hədəflərin Avropa İttifaqının iqlim siyasəti və qanunvericiliyinə uyğun olaraq 6 ölkənin inkişaf strategiyası və proqramına inteqrasiyasına nail olmaq planlaşdırılır.

Hökuməti və beynəlxalq ictimaiyyəti MSMET-nin tətbiq olunması barədə məlumatlandırmaq üçün güclü yerli ÖHD sistemi yaradılacaqdır. Layihə Paris Sazişinin iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə kənd təsərrüfatı və energetika sahələrində tətbiq edilməsi üçün sənaye yönümlü təlimatlar hazırlayacaqdır.
Konkret məqsədi
BMT-nin İnkişaf Proqramının ümumi məqsədi iqlim dəyişməsinin qarşısının alınmasına və uyğunlaşmaya töhfə vermək, emissiyaların azaldılması və iqlimə müqavimətli iqtisadiyyatı inkişaf etdirməkdən ibarətdir. Konkret olaraq, proqram aşağıdakıları hədəfləyir:
-Paris Sazişinin ölkə daxilində icrası üçün bacarıqların gücləndirilməsi;
-Emissiyalar və iqlim tədbirləri sahəsində şəffaflığın artırılması;
-Enerji, nəqliyyat və kənd təsərrüfatı kimi digər sektorlarda iqlim səylərinin birləşdirilməsi;
-Aİ ilə ikitərəfli sazişlərin və “Enerji Birliyi” müqaviləsinin iqlimlə bağlı müddəaların məqsədlərinə onların icrası yolu ilə nail olmaq.
Gözlənilən nəticələr
Görüləcək tədbirlər yeddi prioritetli nəticəyə bölünür:
-Paris Sazişinə aid “Milli səviyyədə müəyyən edilmiş töhfələr” (MMT) sənədinin icrası və yeniləşməsi;
-Əsrin ortaları üçün nəzərdə tutulan “Aşağı Emissiyaların Təminatı Strategiyasının” (AETS) tərtib olunması;
-Daxili emissiyalara gəldikdə, etibarlı ölçmə, uçot və yoxlama (ÖUY) çərçivəsinin tətbiqi;
-İqlim tədbirləri sahəsində Aİ-nin qanunvericiliyinə uyğunlaşmanın ikitərəfli sazişlərə və “Enerji Birliyi” müqaviləsinə daxil edilməsi;
-Paris Sazişinin icrası üçün sektorlar üzrə iqlim səylərinin birləşdirilməsi və sektorlara aid təlimatların yazılması;
-İqlim sərmayəsi;
-Uyğunlaşmanın planlaşdırılması: zəruri hesab edilən halda, uyğunlaşma planlarının qəbul edilməsi.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Climate Ambition Forum
Climate Ambition Forum
Video qalereya
Facing climate change
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Ətraf mühit və iqlim dəyişikliyi
Mövzular:
Ətraf mühit
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.12.2018
Bitmə tarixi:
31.12.2023
Sosial media:

Aİ Layihə nömrəsi:
387-538