Skip to main content

Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti (II mərhələ)

Təsvir
Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” (Yardım Xidməti)” layihəsi Şərq Tərəfdaşlığı ölkələrinin Azərbaycan, Belarus*, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna hökümətlərinə islahatların, siyasətlərin və qanunvericilik aktlarının planlaşdırılması və həyata keçirilməsində genderə həssas yanaşmanı dəstəkləməklə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına töhfə verir.
Yardım Xidməti layihəsi genderə həssas islahatları asanlaşdırmaq üçün hökumətlər, vətəndaş cəmiyyəti və Aİ təsisatları arasında genişləndirilmiş əməkdaşlıq üçün ekspert məsləhətləri, bacarıqların artırılması, bilik məhsulları vasitəsi ilə dəstək təqdim edir.
Bu yollarla, Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti layihəsi gender perspektivlərini dövlət siyasətlərinə və islahatlara inteqrasiya etmək üçün ictimai institutların potensialını gücləndirməklə yanaşı,.qadın hüquqları və digər vətəndaş cəmiyyəti təşkilatlarını gender bərabərliyinin irəliləyişinə dair hökumətlərlə sübuta əsaslanan dialoqda iştirak etmək imkanlarını gücləndirirlər.

*Qeyd: Belarusiya ilə əlaqədar olaraq, Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti layihəsi yalnız Belarus vətəndaş cəmiyyəti təşkilatlarına dəstək verir.
Konkret məqsədi
1. Ümumi məqsəd: Şərq Tərəfdaşlığı regionunda gender bərabərliyini və qadınların səlahiyyətlərini artırmaq.
2. Xüsusi məqsəd: İslahatların, siyasətlərin və qanunvericilik işinin planlaşdırılması və həyata keçirilməsində gender prinsiplərinin nəzərə alınmasını artırmaq.
Gözlənilən nəticələr
1. İnstitusional gücləndirmə: Dövlət institutları gender perspektivlərini dövlət siyasətlərinə və islahatlara inteqrasiya etmək imkanlarını təkmilləşdirir.
2. Vətəndaş cəmiyyətinin gücləndirilməsi: Qadın hüquqları və vətəndaş cəmiyyəti təşkilatları hökumətlərlə sübuta əsaslanan dialoqda iştirak etmək imkanlarını gücləndirirlər.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Vətəndaş cəmiyyəti, Şərq Tərəfdaşlığı, Səmərəli idarəçilik, Qadınlar
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
15.08.2024
Bitmə tarixi:
14.08.2027
Aİ Layihə nömrəsi:
457-595