Ticarətlə bağlı fəaliyyətlərə, ÜTT-yə üzvlüyünə dair danışıqlara, Keyfiyyət infrastrukturunun (QI) və rəqəmsal idarəetmə sisteminin gücləndirilməsinə dair Azərbaycan Hökumətinə dəstək
Təsvir
Layihənin məqsədi ÜTT-yə üzvlük danışıqlarında və digər ticarətlə bağlı fəaliyyətlərdə Azərbaycan hökumətinə dəstəyin göstərilməsi, o cümlədən Milli Keyfiyyət İnfrastrukturunun gücləndirilməsi və nəhayət, rəqəmsal idarəetmə sisteminin tam tətbiqində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsidir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi (i) institusional və inzibati potensialın gücləndirilməsi və (ii) Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsində iştirak edən seçilmiş dövlət qurumlarının siyasətinin işlənib hazırlanmasının gücləndirilməsi vasitəsilə ölkənin iqtisadi inkişafının təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən islahatlara dəstəyin göstərilməsidir.
Xüsusi məqsədlər Azərbaycan Hökumətinin ÜTT-yə üzvlük danışıqlarında və digər ticarətlə bağlı fəaliyyətlərində daha hazırlıqlı olmasına və idarə etməsinə dəstəyin göstərilməsidir, o cümlədən Beynəlxalq və Avropanın qabaqcıl təcrübələrinə uyğun olaraq dəyər zəncirinin yaradılmasına, məhsuldarlığın artırılmasına və innovasiyaların təşviq edilməsinə öz xidmətlərinin və proseslərinin uyğunlaşdırılması istiqamətində irəliləyişin əldə olunması məqsədilə NQI institutlarına dəstəyin göstərilməsi; rəqəmsal idarəetmə sisteminin tam tətbiqində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsi.

Gözlənilən nəticələr
- Ticarət siyasətinin işlənib hazırlanmasına və həyata keçirilməsinə, o cümlədən ÜTT-yə qoşulmasında və ticarətlə bağlı digər danışıqlara dəstək verilməsində bilavasitə yönəlmiş müvafiq 14 dövlət orqanlarının institusional potensialı gücləndirilmişdir.
- Azərbaycanın milli ticarət siyasətinin ÜTT-yə üzvlük tələblərinə və qabaqcıl beynəlxalq ticarət təcrübələrinə uyğunlaşdırmaq məqsədilə hüquqi baza gücləndirilmişdir
- Azərbaycan Respublikasının danışıqlar qrupuna həm çoxtərəfli, həm də ikitərəfli səviyyələrdə ÜTT-yə üzv olmaq üzrə danışıqlar sessiyaları ilə bağlı təlimat verilmişdir.
- ÜTT prosesi/tələbləri və ticarətlə bağlı digər çərçivələri anlamaqda müvafiq dövlət orqanlarının, eləcə də biznes və akademik ictimaiyyətin insan potensialı gücləndirilmişdir
- Maraqlı tərəflərin ticarət siyasəti haqqında məlumatlılığı artırılmışdır;
- İqtisadiyyat Nazirliyinin institusional və insan potensialı gücləndirilmişdir, xüsusən öz fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması və rəqəmsal transformasiyası sahəsində;
- Azərbaycan 4-cü Sənaye İnqilabı Strategiyası və Milli Süni İntellekt Strategiyası hazırlanmışdır.

Layihə xəritəsi
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq Alt sektor:
İqtisadiyyat və ticarət Mövzular:
Səmərəli idarəçilik, Rəqəmsallaşdırma Layihənin statusu:
Davam edir Başlama tarixi:
15.01.2024 Bitmə tarixi:
14.01.2027 Veb-sayt:
www.wto.az
Aİ Layihə nömrəsi:
451-503