Skip to main content

PGGIII: Azərbaycanda mediasiyanın təşviqi

Təsvir
Bu layihə mübahisələrin alternativ həllinin təşviqinə diqqət yetirməklə, ədalət mühakiməsi sahəsində Avropa standartlarını təşviq etməyə səy göstərir. O, yerli hüquqi və institusional çərçivələrin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırılması və Azərbaycanda mediasiya müraciətlərinin artırılması məqsədilə dövlət orqanlarının, hüquqşünasların, mediatorların və s. potensiallarının artırılmasına dəstək verəcək. Bu layihə Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi çərçivəsində həyata keçirilir. Bu fəaliyyət Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planını və Aİ-nin Azərbaycanla Tərəfdaşlıq Prioritetlərini, həmçinin Şərq Tərəfdaşlığı üzrə Aİ-nin 2020-ci ildən sonrakı Prioritetlərini dəstəkləyir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Azərbaycanda mediasiyaya müraciətin artırılmasıdır. O, Avropa Şurası standartlarının, xüsusən də Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) mediasiyaya dair alətlərinin effektiv milli tətbiqinə kömək edəcək. Xüsusi məqsədlər bunlardır:
- Mediasiya xidmətlərinə əlçatanlığı və keyfiyyəti artırmaq
- Bacarıqların artırılması tədbirləri vasitəsilə mediatorların bilik və bacarıqlarını gücləndirmək
- Məlumatlandırma və maarifləndirmə yolu ilə mediasiyaya müraciəti təşviq etmək
Gözlənilən nəticələr
- Azərbaycanda mediasiya sistemində məlumatların toplanmasının və rəqəmsallaşdırmanın CEPEJ alətləri və digər qabaqcıl beynəlxalq təcrübələrə uyğun təkmilləşdirilməsi
- Mediasiya Şurasının və mediatorların potensialının fərdiləşdirilmiş tədbirlərlə artırılması, eyni zamanda dərin təlimlər keçmələri üçün mediasiya təlimçilərinin biliklərinin artırılması / Təlimçilər üçün Təlim
- Mediasiyaya müraciət edilməsini və qabaqcıl təcrübələrin yayılmasını dəstəkləmək məqsədi ilə hakimlər və vəkillər də daxil olmaqla, mediasiya sahəsində müxtəlif maraqlı tərəflərin bilik və məlumatlılıq səviyyəsinin artırılması
- Mediasiya üzrə pilot layihənin həyata keçirilməsi və nəticələrin təhlili
- Azərbaycanda mediasiya üzrə təşviqat və məlumatlılığın artırılması planının hazırlanması.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Dövlət administrasiyasının islahatı
Mövzular:
Şərq Tərəfdaşlığı, Səmərəli idarəçilik, Ədliyyə
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.03.2023
Bitmə tarixi:
28.02.2026
Aİ Layihə nömrəsi:
441-959