Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi
Təsvir
Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir. Bu məqsədlə layihənin 1-ci Komponenti çərçivəsində keyfiyyət təminatı üzrə müxtəlif prosedurların, özünüqiymətləndirmə prosesinə dair məlumat kitabçasının hazırlanması, hüquqi sənədlərə düzəlişlərin edilməsi, pilot PTT müəssisələrində özünüqiymətləndirmə mexanizm/prosedurlarının tətbiqi və eyni zamanda potensialın artırılması üçün müxtəlif təlim seminarların keçirilməsi nəzərdə tutulur. Bundan başqa 2-ci Komponent çərçivəsində PTT-də kredit sisteminin tətbiq edilməsi ilə bağlı müxtəlif sənədlərin, iki sektor üzrə peşə xəritəsinin, AzMKÇ-nin 2-6-cı səviyyələri üçün iki sektor üzrə təhsil proqramlarının hazırlanması, normativ-hüquqi sənədlərə düzəlişlərin edilməsi üçün tövsiyyələrin verilməsi və təlim seminarların keçirilməsi layihənin əsas hədəflərindəndir.
Konkret məqsədi
Layihənin spesifik məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirmək və tətbiq etmək imkanlarını təkmilləşdirməkdir.
Gözlənilən nəticələr
1.Peşə təhsili sistemi üçün keyfiyyət təminatı çərçivəsini hazırlamaq;
2.Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) işçi heyətinin və peşə təhsili müəssisələrinin əməkdaşlarının idarəetmə potensialını gücləndirmək;
3.Peşə təhsili müəssisələrində özünüqiymətləndirmə vasitəsilə keyfiyyətin davamlı təkmilləşdirilməsi sistemini tətbiq etmək;
4.Peşə təhsili sahəsində kredit sisteminin texniki bazasını hazırlamaq və onun həyata keçirilməsi üçün şərtləri müəyyən etmək;
5.Əsas maraqlı tərəflərin öyrənmə yolları mövzusunda potensialını yaratmaq.

Layihə sənədləri
Layihə xəritəsi
Workskop on “Quality assurance and best practices in Vocational Education”
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar Mövzular:
Təhsil Layihənin statusu:
Davam edir Başlama tarixi:
09.01.2023 Bitmə tarixi:
08.01.2025 Aİ Layihə nömrəsi:
300048876