Skip to main content

Azərbaycanda Yol Hərəkətinin Təhlükəsizliyinin Gücləndirilməsi

Təsvir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə 7 oktyabr 2022-ci il tarixindən etibarən həyata keçirilir.

Layihənin Ümumi Məqsədi yol qəzalarının, xüsusən də ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi zərərlə nəticələnən yol qəzalarının azaldılmasına töhfə verməkdir. Layihənin Spesifik Məqsədi Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək, əlaqələndirmək və həll etmək üçün aparıcı və iştirakçı dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional bacarıqlarını və kadr səriştələrini təkmilləşdirməkdir.

Bu layihənin gözlənilən nəticələri yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinin, proseslərin, məlumat bazasının təkmilləşdirilməsi, potensialın gücləndirilməsi və məlumatlılığın artırılması yolu ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyi idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəlib.
Konkret məqsədi
- Yol hərəkətinin təhlükəsizliyi sisteminin hüquqi və institusional bazasının gücləndirilməsi
- Effektiv Yol Təhlükəsizliyi İdarəetmə Sisteminin qurulması
- Yol təhlükəsizliyi sahəsində insan resurslarının inkişafı, maarifləndirilməsi, təbliğat və təşviqatı
Gözlənilən nəticələr
- Milli yol hərəkəti təhlükəsizliyinə dair qanunvericilik aktları və texniki qaydalar Aİ direktivləri, qaydaları, qərarları və beynəlxalq konvensiyaların tələbləri ilə uyğunlaşdırılmışdır.
- Qanunvericilik və texniki tələblərin yerinə yetirilməsi, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin daha yaxşı əlaqələndirilməsi və idarə edilməsi üçün yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan nəqliyyat sektoru qurumlarının təşkilati quruluşu təkmilləşdirilmişdir.
- Yol təhlükəsizliyinə cavabdeh olan bütün müvafiq tərəfdaşlar arasında planlaşdırma, izləmə eləcə də koordinasiya və əməkdaşlıq təkmilləşdirilmişdir.
- Yol Nəqliyyat hadisələrinə qarşı Preventiv Mexanizm təkmilləşdirilmişdir.
- Yol hərəkəti təhlukəsizliyinin ölçülməsi və hesabat sistemi təkmilləşdirilmişdir.
- Effektiv vahid yol hərəkəti axını və yol-nəqliyyat hadisələri haqqında məlumat bazasının və məlumatların idarə edilməsi sisteminin yaradılmasına yardım göstərilmişdir.
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan digər dövlət orqanlarının Aİ-nin müddəaları və qabaqcıl təcrübələri, eləcə də Beynəlxalq Konvensiyalar üzrə bilik və bacarıqları artırılmışdır.
- Ölkə miqyasında yol hərəkəti təhlükəsizliyinin maarifləndirilməsi və kommunikasiya strategiyası hazırlanmış və həyata keçirilməsi dəstəklənmişdir.


Layihə sənədləri
Layihə xəritəsi
Study visit to Poland
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Nəqliyyat
ŞT ölkələri:
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
07.10.2022
Bitmə tarixi:
06.10.2024
Aİ Layihə nömrəsi:
436-416