Skip to main content

"Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" Tvinninq layihəsi

Təsvir
Layihənin ümumi məqsədi cinayət yolu ilə əldə edilmiş pul və digər əmlakın bərpası prosesinin qabaqcıl Avropa və dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsinə köməklik etməkdir.

Layihənin xüsusi məqsədi isə cinayət yolu ilə əldə edilmiş pul və digər əmlakın aşkar edilməsi, müsadirəsi və idarə edilməsi sahəsində Azərbaycanın potensialının artırılmasıdır.
Konkret məqsədi
Layihənin ümumi məqsədi əmlakın bərpası və idarəetməsi sisteminin qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun olaraq müasirləşdirilməsi yolu ilə cinayət mühakiməsinin səmərəliliyini artırmaqdır.
Layihənin xüsusi məqsədi isə cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi, izlənilməsi, bərpası və idarə edilməsi sahəsində Azərbaycanın potensialının gücləndirilməsindən ibarətdir.
Layihənin məqsədi institusional bazanın yaradıması və tam olaraq funksional olan əmlakın bərpası qurumunun, eləcə də ixtisaslaşmış əmlak idarəetmə qurumunun yaradılmasına töhfə verməkdir.
Layihənin məqsədi cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpasını sürətləndirəcək və əmlakın bərpası üzrə xüsusi bir strategiyanın və digər əlaqədar tədbirlərin işlənib hazırlanmasına imkan yaradacaq bir çox mümkün hüquqi alətləri nəzərdə tutan milli qanunvericiliyinin nəzərdən keçirilməsi, təkmilləşdirilməsi və ya yaradılmasından ibarətdir. Burada əsas məqsəd cinayət yolu ilə əldə edilmiş dövlət əmlakının bərpasını dəstəkləməklə korrupsiyaya qarşı mübarizəni sürətləndirmək və daha səmərəli anti-korrupsiyaya zəncirləri yaratmaqdır.
Layihə çərçivəsində qabaqcıl Avropa və beynəlxalq təcrübənin mənimsənilməsi, müvafiq ideyaların və mexaniazmlərin Azərbaycan mühitinə uyğunlaşdırılması və əmlakın bərpası sahəsində görülən tədbirlərin təkmilləşdirilməsi məqsədilə Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirməsi İdarəsinin müvafiq qaydada təlimləndirilməsi nəzərdə tutulub.
Bundan başqa, layihə çərçivəsində Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirməsi İdarəsinin əməkdaşlarının təlimləndirilməsinə xüsusi əhəmiyyət veriləcək və əmlakın bərpası sahəsində yerli və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün tələb olunan alətlər və yanaşmalar təmin ediləcəkdir.
Gözlənilən nəticələr
- Qabaqcıl Avropa və beynəlxalq təcrübəyə uyğun olaraq Əmlakın Bərpası Sisteminin yaradılması üçün strateji bazanın yaradılması
- Əmlakın bərpası, eləcə də oğurlanmış dövlət əmlakının bərpası sahəsində milli qanunvericiliyin qabaqcıl Avropa təcrübəsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması
- Əmlakın bərpası sistemi üçün təşkilatı strukturun, restrukturizasiya planının və sistemin hər bir struktur vahidinin funksiyalarının işlənib hazırlanması
- Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirməsi İdarəsinin fəaliyyət qabiliyyətinin artırılması
- Əmlakın bərpası və müsadirə məsələlərinin əlaqələndirilməsi, eləcə də müsadirə olunmuş əmlakın idarəetməsi sahəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın və bilik/məlumat mübadiləsinin təkmilləşdirilməsi
- Əmlakın bərpası fəaliyyətinin həyata keçirilməsi üçün bilik və bacarıqların artırılması
- Benefisiar qurumun və digər əlaqədar qurumların əməkdaşlarının əmlakın müsadirəsi və bərpası, eləcə də müsadirə olunmuş əmlakın idarə edilməsi sahəsində bilik və bacarıqlarının gücləndirilməsi
Layihə xəritəsi
Stakeholder Validation Workshop
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.02.2022
Bitmə tarixi:
31.01.2024
Sosial media:

Aİ Layihə nömrəsi:
430-765