Skip to main content

Gənclərin işə düzəldilməsi və ən yaxşı iş yerləri ilə təmin edilməsi məqsədilə Şərq Tərəfdaşlığı ölkələrinin maraqlı şəxslərinin dəstəyi

Təsvir
Mürəkkəb və çoxkomponentli layihə Şərq Tərəfdaşlığı regionunda gənclərin işə düzəldilməsi və işçi heyətin seçimi fəaliyyətlərinə regional yanaşmaya yönəlmişdir.
Əsas hissələrə (layihənin əsas məqsədləri nəzərə alınmaqla) aşağıdakılar daxildir:
• Dövlət qulluqçuları üçün tələb olunan bacarıqların inkişafı və potensialın yaradılması və bununla kifayətlənməmək;
• Dövlət orqanları arasında sahələrarası qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı və Dövlət Məşğulluq Xidmətləri arasında qarşılıqlı əlaqə üçün zəruri əlaqələrin formalaşdırılması;
• Layiqli əmək standartları haqqında məlumatın verilməsi və gənclər arasında məlumat səviyyəsinin yüksəldilməsi;
• Gənclər üçün Zəmanət Planının müəyyən elementlərinin idarə edilməsi; qeyri-formal təlim vasitəsilə əldə edilmiş bacarıqların tanınması və sertifikatlaşdırılması istiqamətndə iş görülməsi.
Proqram həm dövlət qulluqçuları üçün potensialın formalaşdırılması (təlim, kurslar, təlim səfərləri və s.) üzrə klassik fəaliyyət proqramlarını, həm də işləməyən və təhsil almayan işsiz gənclər və aktiv əmək bazarında sosial cəhətdən həssas gənclər üçün tədbirlərin hazırlanması üzrə innovativ fəaliyyətləri nəzərdə tutur.
Layihə Şərq Tərəfdaşlığı regionunda gənclərin işə düzəldilməsi və işçi heyətin seçiminə diqqət yetirən Dövlət Məşğulluq Xidmətindən və digər dövlət orqanlarından başlayaraq gəncləri məlumatlandıran dəyişiklik təşəbbüskarı olan gənclər təşkilatlarına qədər müxtəlif qurumları geniş əhatə edir. Layihənin digər üstün tutulan vəzifəsi - işəgötürənlərin assosiasiyaları, həmkarlar ittifaqları və s. ilə iş aparılmasıdır.
Konkret məqsədi
Layihənin məqsədi gənclərin məşğulluğu siyasəti ilə bağlı bütün regional qurumlar və xadimlər ilə struktur əməkdaşlığı və qarşılıqlı əlaqəni təmin etməkdir. Xüsusilə, bura Avropa Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsi və Avropa Şagirdlik Alyansı ilə qarşılıqlı əlaqə daxildir ki, bu da Şərq Tərəfdaşlığı ölkələrinə bu şəbəkələrin bilik və təcrübəsindən faydalanmağa imkan verəcəkdir.
Layihə bütün Şərq Tərəfdaşlığı ölkələrinə gənclərin konstruktiv və vahid məşğulluq mühitinin təmin edilməsinə kömək etmək üçün bir vasitə rolunu oynayır.
Layihə iki əsas məqsədə nail olmaq üçün hazırlanmışdır:
1. Üç institusional sahə - dövlət, özəl və qeyri-hökumət qurumları arasında sahələrarası qarşılıqlı əlaqənin və əməkdaşlığın formalaşdırılması.
2. Dövlət orqanlarının (Dövlət Məşğulluq Xidməti və ümdə məqsədləri gənclərin məşğulluğu və işçi heyətin seçimi olan digər dövlət orqanları) əməkdaşlarının peşəkarlığının inkişafı.
Gözlənilən nəticələr
Layihənin nəticələrinə aşağıdakılar daxildir:
Əmək bazarı sahəsində faktiki məlumatlara əsaslanan siyasətlərin və işədüzəltmə siyasətinin hazırlanması məqsədilə maraqlı tərəflər üçün əlavə imkanlar;
Güclü məlumat kampaniyaları və gənclərin işə düzəldilməsi siyasətləri, əmək qanunları, gənclərin hüquqları və standartlar haqqında bilik mübadiləsi;
Gənclərin işə düzəldilməsi ilə bağlı dövlət siyasətinə daxil edilmiş Gənclər üçün Zəmanətlərə anoloji idarə olunan tədbirlər;
Daha yaxşı iş yerləri və qeyri-rəsmi və qeyri-formal təlim vasitəsilə əldə edilmiş bacarıqların tanınmasını təmin etmək üçün qanunvericilik və struktur dəyişiklikləri və əlavələr.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq, Əlaqələndirən tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti, Gənclərin iştirakçılığı və liderlik, Rəqəmsal (geniş zolaqlı, mobil, elektron hökumət, rəqəmsal innovasiyalar, kiber), Gənclər (sahibkarlıq və bacarıqların artırılması), Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Gənclər, Vətəndaş cəmiyyəti, Rəqəmsallaşdırma, Dialoq, Bacarıqlar, Məşğulluq, Təhsil, Şərq Tərəfdaşlığı
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
21.07.2021
Bitmə tarixi:
20.08.2025
Sosial media:

Aİ Layihə nömrəsi:
423-431