Skip to main content

Azərbaycanla Yerdəyişmə üzrəTərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)

Təsvir
Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2) layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihə miqrasiya siyasətinin inkişafı, institusional potensialların artırılması, əmək miqrasiyanın idarəçiliyi, Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsində məlumatlılığın artırılması kimi MOBILAZE layihəsindən irəli gələn nəticələrə də əsaslanır. MOBILAZE 2 layihəsi 2020-ci ilin iyunun 1-dən 20224-cü ilin mayın 31-dək davam edəcək. Layihənin əsas məqsədi Azərbaycan Respublikasında faktlara əsaslanan miqrasiya və sərhəd idarəçiliyi üzrə siyasət gündəliyinin hazırlanması və həyata keçirilməsinə töhfə verməkdir.
Konkret məqsədi
Azərbaycan Respublikasında faktlara əsaslanan miqrasiya və sərhəd idarəçiliyi üzrə siyasət gündəliyinin hazırlanması və həyata keçirilməsinə töhfə vermək.
Xüsusi olaraq, aşağıdakı məqsədlər müəyyən edilmişdir:
XM1: Miqrasiya siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi üzrə institusional potensialları inkişaf etdirmək;
XM 2: Miqrasiya məlumatlarının institusional şəkildə toplanması, təhlili və istifadəsini təmin etmək;
XM 3: Miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların artırılması üçün institusional prosedurları təkmilləşdirmək və standartlaşdırmaq;
XM 4: Miqrasiya siyasəti üzrə gündəliyə və qanunsuz miqrasiya təhdidlərinə dair institusional və ictimai məlumatlılığı artırmaq.
Gözlənilən nəticələr
•Azərbaycanda miqrasiya siyasəti üzrə gündəliyin hazırlanması üçün ölkənin prioritetləri və Aİ ÜD-lərin yaxşı təcrübə nümunələri əsasında müəyyən edilməsi;
•Miqrasiya siyasətinin həyata keçirilməsilə bağlı monitorinq və qiymətləndirmə (MQ) üzrə institusional potensiallar artırılması;
•Azərbaycanda əmək miqrasiyası sahəsində islahatlar faktların hüquqi təhlilinə əsaslanaraq aparılması;
•Azərbaycanda miqrasiya məlumatlarının toplanması və istifadəsi üzrə analitik bacarıqların institusionallaşdırılması;
•Miqrasiya məlumatlarının toplanması və təhlili üçün DMX yanında Tədqiqat Şurasının texniki potensiallarının yaradılması;
•DMX-ya işə yeni qəbul olunmuş personal və digər əməkdaşlardan ibarət qruplar üçün potensialların artırılması üzrə kurikulumun DMX-nın Təlim Mərkəzində tətbiq olunması
•DSX əməkdaşlarının ixtisasının artırılması və potensiallarının gücləndirilməsi üçün bu xidmətin müvafiq ərazilərdə yerləşən struktur bölmələrinin institusional şəkildə əhatə olunması;
•Azərbaycanda əcnəbilərə, o cümlədən qaçqınlara inteqrasiya dəstəyinin göstərilməsi işinin təkmilləşdirilməsi
•Miqrasiya idarəçiliyinin bütün mərhələlərində miqrant-yönümlü yanaşmanın təmin olunması;
•Miqrasiyaya dair ictimai məlumatların təqdim olunması işi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınmasına dair məlumatlılığın artırılmasının təşkili DMX-da institusionallaşdırılması.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
01.06.2021
Bitmə tarixi:
31.05.2024
Aİ Layihə nömrəsi:
ENI/2021/424-534 (EC)