Skip to main content

Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrə əlavə dəstək

Təsvir
Layihənin əsas məqsədi ədliyyə sistemində daha yaxşı xidmətlərin göstərilməsinə yardım etməklə vətəndaşlar və sahibkarlar üçün ədliyyədən yararlanma imkanlarının yaxşılaşdırılmasıdır. Layihə əsasən kommersiya və inzibati məhkəmə sisteminin effektivliyini və səmərəliliyini artırmağı, bu sahədə Ədliyyə Akademiyasının təlim potensialını gücləndirməyi, mediasiyanın həyata keçirilməsini dəstəkləməyi və arbitrajı təşviq etməyi hədəfləyir.
Konkret məqsədi
- Məhkəmələrin institusional və hüquqi potensialının artırılması yolu ilə yeni yaradılmış kommersiya və inzibati məhkəmə sisteminin funksional keyfiyyətlərini gücləndirmək, ən yaxşı beynəlxalq təcrübəyə və Avropa ölkələrinin praktikasına uyğun olaraq məhkəmə icraatının və məhkəmə qərarlarının təkmilləşdirilməsi, hakimlər və məhkəmənin hüquqşünas heyətinin peşəkar bacarıqlarının artırılması;
- Mediasiya və arbitraj kimi mübahisələrin alternativ həlli mexanizmlərinin istifadəsini genişləndirmək.
Gözlənilən nəticələr
Layihə çərçivəsində əldə ediləcək nəticələr kommersiya və inzibati məhkəmələrin qanunvericilik və normative-hüquqi bazasının təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının qeyd olunan sahədə təlim potensialının artırılması və ixtisaslaşmış məhkəmələrin hakimlərinin və digər hüquqşünaslarının peşəkarlıq potensialının gücləndirilməsidir. Bununla yanaşı, mediasiya institutunun inkişaf etdirilməsi, arbitrajın və Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyası ilə əməkdaşlığın təşviqi də gözlənilən nəticələr arasındadır.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Qanunun aliliyi və insan hüquqları
Mövzular:
Ədliyyə, İnsan hüquqları
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
26.11.2020
Bitmə tarixi:
26.01.2022