Skip to main content

Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ('EU NEIGHBOURS east')

Təsvir
Regional Kommunikasiya Proqramı ("EUNEIGHBOURS east" 2020-2024), DG NEAR (Avropa Komissiyası) və Avropa Xarici Fəaliyyət Xidmətinin strateji kommunikasiyalar üzrə operativ işçi qrupu (EEAS) ilə birgə hazırlanan kommunikasiyaya dair yenilənmiş strateji yanaşmanın bir hissəsidir. Onun məqsədi strateji kommunikasiyalara dair fəaliyyətləri gücləndirmək, Aİ və onun siyasətləri haqqında daha geniş təsəvvür yaratmaq və Aİ və onun Şərq Qonşuluğu regionunda dezinformasiyalara qarşı ictimai dayanıqlıq formalaşdırmaqdır.

Avropa İttifaqının Qonşuluq regionunu əhatə edən bu Kommunikasiya Proqramı çərçivəsində Aİ Nümayəndəlikləri tərəfindən milli səviyyədə həyata keçirilən müxtəlif kommunikasiya fəaliyyətləri vasitəsilə tərəfdaşlıq və sinerjilərin tamamlanması, eləcə də yenilərinin qurulması nəzərdə tutulub. Sözügedən fəaliyyətlərə gənc fəallar, media tərəfdaşları, yerli dövlət orqanları, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr və müxtəlif peşəkar şəbəkə və assosiasiyalar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən tematik kommunikasiya kampaniyaları, ictimai diplomatiya və daha böyük əhali kütləsinin məlumatlandırılmasına yönəlmiş fəaliyyətlər daxildir.
Konkret məqsədi
- Avropa İttifaqının demokratiya, əməkdaşlıq və beynəlxalq həmrəylik ilə bağlı dəyərlərinin təşviqi vasitəsilə onun haqqında müsbət ictimai rəyin formalaşdırılması və bu qurumun Şərq Qonşuluğu regionunda olan fəal və əhəmiyyətli təsirə malik iştirakçı mövqeyinin göstərilməsi.
- Aİ və onun fəaliyyətlərinin Şərq Qonşuluğu regionunda yaşayan insanların gündəlik həyatlarına təsirini nümayiş etdirən faktlar və ümumi maraq kəsb edən hekayələr vasitəsilə məlumatlılığın artırılması və tərəfdaşlığın nəticələri, eləcə də onun Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına faydası haqqında daha geniş təsəvvürün yaradılması.
- Aİ və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq haqqında müsbət ictimai debatın stimullaşdırılması və kommunikasiyanın yaxşılaşdırılması və regionda maksimum sayda insan kütləsinin əhatə olunması məqsədilə gənclər, KİV-lər, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr, dövlət orqanları və müxtəlif şəbəkə və assosiasiyalar ilə tərəfdaşlıqların qurulması.
- Təmin edilən dəstəyin ölçülməsi və tərəfdaş ölkələrdə Aİ haqqında ictimai rəyin monitorinqinin aparılması.
- Dezinformasiya ilə bağlı məsələlərlə mübarizə işinə töhfənin verilməsi və regionda informasiya sistemlərinin dayanıqlığının formalaşdırılması.
- Böyük dəyişiklik istiqamətində islahatlarla bağlı cəmiyyətdə dinamikanın və tələbatın yaradılması və qorunub saxlanılması (cavabdehlik daşıyan və şəffaf dövlət idarəçiliyi, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə sistemi daxil olmaqla).
- İslahat prosesi ilə vətəndaşların gündəlik həyatındakı təsir və ya gözəçarpan yaxşılaşma arasında əlaqələndirilmələrin qurulması.
Gözlənilən nəticələr
- Şərq Qonşuluğu regionu vətəndaşları arasında Aİ, onun siyasətləri və əməkdaşlıq proqramları haqqında məlumatlılığın artırılması və daha geniş təsəvvürün yaradılması.
- Səmərəli onlayn kommunikasiya platforması və kanallar vasitəsilə Aİ ilə əlaqəli məlumatlar, xəbərlər, iştirak imkanları və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən uğur hekayələrinin daha böyük kütləyə çatdırılması.
- Güclü Gənc Avropa səfirləri şəbəkəsi və onların vətəndaş cəmiyyətinin iştirakçılığına yönəlmiş fəaliyyətləri vasitəsilə Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclər arasında dialoqların gücləndirilməsi.
- Rəqəmsal kommunikasiya infrastrukturu və strateji kommunikasiya üzrə yanaşma ilə əlaqədar kommunikasiya imkanlarının gücləndirilməsi.
- Şərq Qonşuluğu regionunda Aİ haqqında kommunikasiya işində müvafiq beynəlxalq qurumlar və layihələr ilə səmərəli əlaqələrin və tərəfdaşlıqların qurulması.
- Məlumatların və Aİ-nin mesajlarının çatdırılmasında media və qeyri-media tərəfdaşlarından ibarət şəbəkənin yaradılması.
- Müntəzəm kəmiyyət və keyfiyyət xarakterli rəy sorğuları vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrində Aİ ilə əlaqədar ictimai rəy haqqında daha dolğun təsəvvürün yaradılması.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
2023 Europe Days in Brussels
Environment and EUWI+ campaign
EaP Stronger Women Campaign
Video qalereya
Photo Contest Winners - March 2023
Save Energy with Ozzy's Tips
Young European Ambassadors in Science- March 2023
Earth Day 2023
#StandWithUkraine - One Year On
#StandWithBelarus
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Kommunikasiya və mediaya dəstək
Mövzular:
Kommunikasiya, Media
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Davam edir
Başlama tarixi:
08.12.2020
Bitmə tarixi:
07.12.2024
Aİ Layihə nömrəsi:
420-847