Skip to main content

“Azərbaycan dəyər günləri” silsilə tədbirinin açılış mərasimi

10/10/2023

On October 10, 2023, Education HUB held the opening ceremony of “Azerbaijan Impact days” tailored events under the name of “Inclusive dance performance”.

The event took place within “Azerbaijan Impact days” tailored events in close collaboration with Dance Ability Azerbaijan which are being held between October 10-13. “Azerbaijan Impact days” event is implemented within the framework of the “Collaborate for Impact” program of the European Venture Philanthropy Association and funded by the European Union. The official partner in Azerbaijan is Education HUB.

10 oktyabr 2023-cü il tarixində Education HUB “İnklüziv rəqs nümayişi” adı altında “Azərbaycan dəyər günləri” silsilə tədbirinin açılış mərasimini həyata keçirib.

Tədbir 10-13 oktyabr tarixlərində keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində DanceAbility Azərbaycan ilə sıx əməkdaşlıqda baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Azərbaycanda rəsmi tərəfdaş Education HUB-dır.

Tədbirdə dövlət, özəl, bank, səfirliklər, media və digər sektorların nümayəndələri iştirak ediblər.

Tədbir Education HUB-ın Proqram Meneceri Gülnara İsmailovanın açılış nitqi ilə başlayıb. O, çıxışında “Azərbaycan dəyər günləri” tədbiri haqqında ətraflı məlumat verib: “Azərbaycanda ilk dəfə həyata keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri sosial sahibkarlıq ekosisteminin inkişafı üçün böyük təkandır. Açılış tədbirini də DanceAbility sosial sahibkarlıq müəsissəsi ilə birgə həyata keçirməyimiz Education HUB olaraq sosial sahibkarların həmişə yanında olmağımızın göstəricisidir.”

DanceAbility sosial sahibkarlıq müəsissəsinin rəhbəri Nigar Sultanova “DanceAbility Azərbaycan olaraq ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbirinin açılış mərasimində tərəfdaş olmaq bizim üçün qürurvericidir. Düşünürəm ki, sosial sahibkarlığın inkişafı üçün bu cür tədbirlərin davamlılığı vacibdir.” çıxışı zamanı qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsləhətçisi cənab Črtomir Peter Fišinger çıxışı zamanı qeyd edib: “Bu cür möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi təqdirəlayiqdir. Education HUB-a sosial sahibkarlığın inkişafı üçün həyata keçirdiyi tədbirlərə görə təşəkkür edirik. Bildirmək istəyirəm ki, Avropa İttifaqı olaraq hər zaman dəstək göstərməyə hazırıq.”

Amerika Səfirliyinin Azərbaycandakı nümayəndəliyinin Mədəniyyət İşləri üzrə Müşaviri Salman Hacı çıxışını Azərbaycan dilində edib: “Amerika Səfirliyi olaraq bu cür tədbirin bir hissəsi olmaq bizim üçün xoşdur. Səfirliyin Education HUB ilə olan uzun əməkdaşlığı bu gün də uğurla davam etməkdədir. Ümid edirəm ki, əməkdaşlığımız uğurlu və davamlı olacaq.“

Tədbir DanceAbility Azərbaycanın inklüziv rəqs nümayişi ilə davam edib. Nümayişin məqsədi əlilliyi olan insanları cəmiyyətə cəlb etmək və onlara özünü ifadə etmələrinə şərait yaratmaqdır.