Skip to main content

ADSMIRRA

Layihə haqqında

Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi zonalarda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən, Polşa Mikromaliyyə Mərkəzi (MFC), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası (ASK)  və digər ortaq tərəfdaşlarla əməkdaşlıqda 2018 və 2021-ci illər arasında həyata keçirilmişdir.

Layihənin ümumi büdcəsinin 90%-i, yəni, 418 324 EUR Avropa Birliyinin töhfəsidir, qalan 10%-i isə İslam İnkişaf Bankı və AMFA üzvləri- Bank Olmayan Kredit Təşkilatı “İnkişaf üçün Maliyyə” (FinDev) və “TuranBank” Açıq Səhmdar Cəmiyyəti (TuranBank) tərəfindən maliyyələşdirilmişdir.

Aşağıdakı rəqəmlər layihənin ilkin nəticələrini nəzərəçarpacaq dərəcədə üstələyir, əldə olunan uğurların yalnız bir hissəsini təsvir edir, qiymətləndirilməli olan uzunmüddətli təsir isə daha çox nailiyyətləri üzə çıxaracaqdır.

  • Layihədən ümumilikdə 510 nəfər faydalanmışdır: 64% – qadın və 36% -kişi;
  • 113 benefisiara öz bizneslərini qurmaq üçün 277 780 AZN dəyərində sərmayə kapitalı ilə təmin edilmişdir;
  • 37 startapın əsası qoyulmuşdur, 76 mikro-biznes fəaliyyətinin gələcəkdə genişləndirilməsi üçün dəstək göstərilmişdir;
  • Hədəf bölgələrdə 3 kooperativ innovativ ideyalar əsasında biznesini qurmuşdur;
  • Layihənin dəstəklədiyi sahibkarlar tərəfindən 125 yeni iş yerləri açılmışdır;
  • 202 ailənin aylıq gəliri layihə müddətində əldə etdiyi bilik və bacarıqlar sayəsində artmışdır.

Videolar


Taliya Məsimova və onun fitness klubu

Xanım Taliya Məsimova Tovuz rayonundan layihədən faydalanan şəxsdir. Layihə fəaliyyəti ona fitness klubu işini genişləndirməyə kömək etdi. AMFA tərəfindən keçirilən təlimlər ona iş sahəsi ilə bağlı yeni bacarıq və biliklər əldə etməyə imkan verdi. Maliyyə qrantı qazanması isə ona yeni avadanlıqlar almasına və bu yolla daha çox müştəri cəlb etməsinə kömək etdi.

Orxan Nağıyev və “Heyvandarlıq Ferması” kooperativi

Orxan bəy öz ailəsi ilə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. Onun iki uşağı – yeddi yaşlı qızı və on yaşlı oğlu var. Hər ikisi məktəblidir. Həyat yoldaşı ali təhsilli müəllim olsa da hazırda uşaqların tərbiyəsi və ailə qayğıları ilə məşğul olur. Orxan bəy bu kənddə doğulub, böyüyüb başa çatıb. O ali təhsilli iqtisadçıdır. Ağcabədi paytaxtdan […]

Azərbaycanın kənd bölgələrində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi

“Azərbaycanın kənd bölgələrində davamlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi ”(ADSMIRRA) Layihəsi 2018-2021-ci illər ərzində Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında Azərbaycan Mikromaliyyə Birliyi (AMFA) tərəfindən həyata keçirilir. Ümumilikdə, 510 nəfər (% 64 qadın və% 36 kişi) Layihə fəaliyyətindən faydalanmışdır. Layihə fəaliyyəti, ölkənin yeni kənd yerlərində 37 yeni fəaliyyətə başlamağa, 76 mikro müəssisənin genişləndirilməsinə və 125 […]

Rafael Sulxayevin sehirli qidası – “Magic Food”

Füsunkar Zaqatalada doğulduğu üçün oraya geri dönmək, orada yaşayıb yaratmaq istəyirdi Rafael bəy.  Bakıda tətbiqi riyaziyyat üzrə ali təhsili tamamladıqdan sonra məhz belə də edir Rafael Sulxayev – bir proqramçı olaraq onun üçün əsas iş yerlərinin Bakıda olmasına baxmayaraq, Zaqatalaya dönür. Burada qardaşları ilə birlikdə telefon və aksesuarları mağazası açır və başlayır proqramlaşdırma biliklərini telefon […]
ADSMIRRA

ABAD

Layihə haqqında

Layihənin dəstəyi ilə 44 ailə müvafiq təlimlərdə iştirak edib, avadanlıqlarla təmin edilib, nəticədə quşçuluqdan xalçaçılığa, eləcə də yağ istehsalına qədər bir sıra müxtəlif sahələrdə kiçik təsərrüfatlarını genişləndirməyə nail olublar. Ümumilikdə, biznesin inkişafı üçün bilik və bacarıqların artırılması məqsədilə 14 təlim, məxsusi sahələr istiqamətində 15 peşəkar təlim aparılıb, həmçinin təlimçilərin təlimi proqramı təşkil edilib və 8 video dərs hazırlanıb.

COVID-19 pandemiyası müddətində də layihə, ailələrə əlavə xammal və müvafiq yardım təmin edərək dəstək olub.

Toplam olaraq, 44 kiçik təsərrüfatdan 23-ü qadınların, 12-si isə məcburi köçkün ailələrinin rəhbərlik etdiyi ailə biznesləridir. Layihə bilavasitə 192, dolayı olaraq isə 342 nəfərə dəstək olub.

Hazırda ailələrin istehsal etdiyi məhsullar və əl işləri ölkənin bir sıra supermarket və mağazalarında satışa təqdim olunur.

Layihə aşağıdakı hazır məhsulların konsepsiyası və brendləşdirilməsi işini həyata keçirib:

  1. Asılqal göbələyi
  2. Fındıq yağı
  3. Çərəzlər
  4. Meyvə kompotları
  5. Qoz yağı
  6. Bəzi suvenirlər

Videolar


Nizami Musayev və onun “Karvan” brendi

Nizami Musayev Balakən rayonundandır. O, 15 ildən çoxdur ki, xurma yetişdirmək və satmaqla məşğuldur. Nizami, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihəyə daha üç xurma yetişdirən ailə ilə birgə qoşulub. İlk gündən təşkilatçılıq qabiliyyəti ilə seçilən Nizami Musayev, ailələrin eyni məhsul istehsal edərək layihə çərçivəsində rəqabət aparmaması üçün maraqlı təkliflə çıxış edib. “Dörd fərqli brend altında yox, […]

Əhmədovların əl işləri

Şəkinin sənətkarlar şəhəri adlanması təsadüfi deyil. Burada yüzillərdir kəlağayı, ipək xalçaçılıq, təkəldüz, şəbəkə, rəssamlıq, taxta oymaçılıq, misgərlik, duluşçuluq sənətləri geniş vüsət almışdır. Şəkidən Əhmədovlar ailəsinin bu layihəyə qatılması da elə bu sənətkarlıq ənənələri ilə bağlıdır. Onlar öz əl işlərini daha geniş kütləyə çıxarmaq və çoxsaylı satış imkanları əldə etmək istəyirdilər. Bu məramla, qardaşlar Avropa İttifaqının […]

Şəhla ilə xalçaçılıq sənəti

Şəhla kənd yerlərində yaşayan ailələr üçün Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və ABAD ilə birgə icra etdiyi layihədə iştirak edib. Layihə çərçivəsində o, təlimçidən onlayn dərslər alıb. Şəhlanın uğur hekayəsi ilə siz də tanış olun… 2017-ci ildən etibarən Avropa İttifaqı Azərbaycanda 1000-dən artıq mikro, orta və kiçik sahibkarı, o cümlədən kiçik ailə […]

Zaqataladan olan İsmayılovlar və Nurayevlər ailəsinin ortaq biznesi

Zaqataladan olan İsmayılovlar və Nurayevlər ailəsinin ortaq biznes qurmaq istəyi heç də təsadüfi deyil. Bu ailə başçıları Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMTİP və ABAD tərəfindən həyata keçirilən layihədə iştirak üçün müraciət etdikləri ilk gündən güclərini və biliklərini birləşdirmək qərarına gəliblər. Söhrab İsmayılov və Harun Nurayev həm quda, həm də dostdurlar. Bu mehriban, zarafatcıl dostlardan […]

COVCHEG

Layihə haqqında

Azərbaycanda Böyük Qafqaz dağlıq bölgəsində icma əsaslı dəyər zəncirinin gücləndirilməsi – COVCHEG layihəsi, “Slow Food” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış vasitələrlə yerli biomüxtəlifliyin qorunmasına yönəlib. “Dad gəmisi” komponenti yerli biomüxtəlifliyi dünyada təbliğ edir, “Presidia” komponenti fermerləri icma yaratmaq üçün birləşdirir və istehsalın keyfiyyətini artırmaq üçün istehsal protokolları yaradır. Digər tərəfdən, “Slow Food”, Səyahət, Yer Bazarları və Aşpazlar Alyansı komponentləri alternativ gəlir imkanları yaratmaqla yerli məhsulların daha da tanınmasına və marketinqinə xidmət edir. Nəhayət, “Təhsil” komponenti maarifləndirmə apararaq xüsusilə gənc nəslə yerli biomüxtəlifliyin əhəmiyyətini öyrədir.

–              Layihə çərçivəsində 200 təsərrüfat sahibi ilə görüş keçirilib

–              31 yerli məhsul Dad Gəmisi kataloquna daxil edilib

–              Layihə çərçivəsində 6 Presidiadan artıq 3-ü qurulub (Ata-baba fındığı, İtburnu və Mədrəsə şərabı)

–              SF Travel istiqamətinə 200-dən artıq iştirakçı cəlb olunub

–              Azərbaycanda turizm sənayesi üzrə 2 araşdırma həyata keçirilib

–              4 nazirlik və 4 dövlət qurumu ilə layihə fəaliyyətləri üzrə əməkdaşlıq əlaqələri qurulub

–              Azərbaycan Milli Aşpazlar Alyansı qurulub, 7 üzvü var

–              5 regionda pilot layihələr həyata keçirilib

–              Slow Food Təhsil istiqamətində 35 yerli müəllim təlimlərə cəlb olunub

–              Layihə müddəti 2018-2021

Videolar


Dad gəmisi

Dad gəmisi – bütün dünya mədəniyyəti və adət-ənənələrinin bir hissəsi olan və yox olmaq təhlükəsi qarşısında qalan qidalar üzrə onlayn kataloqdur. Yaradılmasında əsas məqsəd biomüxtəlifliyi qorumaq…

Ark of Taste məhsullarından biri – Səməni halvası

Azərbaycandan gətirilən Ark of Taste (Dad Gəmisi) məhsullarından biri də Səməni halvasıdır. Buğda cücərtisinin şirəsi ilə hazırlanan bu ənənəvi şirin halva tipi qəhvəyi-qara rəngi ilə fərqlənir. Ən…

Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı

Layihə haqqında

“Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı” Layihəsi

Layihənin məqsədi:

  • Kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirmək
  • yoxsulluğun aradan qaldırılmasına töhfə verməkdir

Layihə Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir.

Layihədən 250 nəfəri kənd yerlərində yaşayan olmaqla, 800 nəfərin faydalanacağı gözlənilir. Benefisiarların 50%-nin qadın olması planlaşdırılıb.

Layihə üzrə 6 yerli qida məhsulu:

  • Fındıq emal məhsulları (əzməsi, çərəzi)
  • Xurma (xirnik) qurusu
  • Bal
  • Qoz mürəbbəsi
  • Qaxac ət və qaxac dolması
  • Xurma (xirnik) bəkməzi

İstehsalı ilə məşğul olan 20 istehsalçı qrup seçilib.

Bu qruplar 186 nəfər istehsalçını özlərində birləşdirir.

Layihə seçilmiş məhsulların istehsalçılarına

  • istehsal texnologiyası
  • avadanlıqlar
  • satış, maliyyə, biznesin idarə edilməsi, qida təhlükəsizliyi və marketinq təlimləri və tövsiyələri
  • yeni, icma əsaslı aqrar məsləhət xidməti modeli

ilə dəstək verməyi nəzərdə tutub

Layihə çərçivəsində qadınların yerli qida hazırlanmasında rolunu nümayiş etdirən 50 vizual material hazırlanıb.

Bölgə aqro-ərzaq istehsalçılarının və tədarükçülərinin gəlirlərini artıracaq layihə addımları:

  • əhali arasında yerli qidadan istifadənin üstünlüklərini təbliğ etmək
  • bölgənin turizm potensialını intişaf etdirmək

Layihənin əsas töhfələrindən biri regionda 3 ərazi seçərək, Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemi (GIAHS) kimi qeydiyyata alınması üçün təklif etmək olacaq

Videolar


Alvasova: “Dəyişikliklərdən qorxmayın”

Məlahət Alvasova Balakən rayonunun qədimlərdən lider qadınların məskəni olduğu Hənifə kəndində yaşayır. Burada 11 nəfər qadın birləşərək Aşıq Sənəm adlı Qadın İnkişaf Qrupu yaradıblar və bu qrup həm ət, həm də meyvə qurudulması ilə məşğuldur. Qrupun məhsulları keyfiyyətli olduğuna görə, onların alıcıları da çoxdur. Məlahət xanım qadınları hər zaman inkişaf etməyə və dəyişikliklərdən qorxmamağa səsləyir.

Nəcəf Mirzəyev və onun arıçılıq kooperativi

Nəcəf Mirzəyev Qax rayonunun Turaclı kəndində yaradılmış və 61 nəfər üzvü olan arıçılıq kooperativinin rəhbəridir. Onların məqsədi öz məhsularını xarici bazara çıxarmaqdır. Nəcəf bəy arıçılıqla məğul olmağın bir çox müsbət tərəfləri olduğunu və hal-hazırda gənclərdə də bu sahəyə böyük maraq yarandığını qeyd edir.

Hobbidən biznesə

Ölkənin COVİD-19 pandemiyası ilə üz-üzə qalmasından bir neçə ay əvvəl Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonunda Təhmina İsayeva mətbəxində kiçik bir meyvə qurutma işinə başlayıb. Pandemiya onun işinin gəlirinə meydan oxusa da, Təhminə bundan istehsalını yeni səviyyəyə qaldırmaq üçün bir fürsət kimi istifadə edib. Təhminə kənd məktəbində müəllim işləyir, qalan vaxtı ev və həyət işləri ilə […]

Buğ xəngəli

Buğ xəngəli Zaqatala və Balakın rayonlarına məxsus olan, qaxac ət və qaxac dolmadan hazırlanan ləziz yeməklərdən biridir. Xəmir xörəyinin bir növü olan bu xəngəl bacardıqca nazik formada kəsilir. Əsas xüsusiyyəti isə xəmirlərin bir-birinə yapışmaması üçün yağlanmasıdır.

SEEDS

Layihə haqqında

Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosialiqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı layihəsi

Layihənin ümumi məqsədi Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafa təkan vermək və iş yerlərinin yaradılmasına dəstək olmaqdır. Layihə iqtisadi bərpa işlərinin təşviqini və iş yerlərinin yaradılmasını hədəfləyir. Xüsusi hədəf olaraq müəyyən edilib ki, nəzərdə tutulduğu kimi, 400 kiçikmiqyaslı həssas qruplardan ibarət olan kənd ailəsi kənd təsərrüfatında iştirakını və icma əsaslı turizm fəaliyyətlərini artıraraq şaxələndirəcək və bazara əsaslanan gəlir və məşğulluq üçün icma əsaslı təşəbbüslərə layihə imkanları vasitəsilə edilən dəstək sayəsində sosialiqtisadi rifahını davamlı olaraq artıracaqdır. Bundan başqa, daha bir hədəf 30 icmada təxminən 1000 qadın üzvün peşə bacarıqlarını, sosial rifahlarını artırmaları və gəlir gətirən fəaliyyətlərlə məşğul olmalarıdır. Əlavə olaraq, Layihənin tərəfdaşı olan 10 KOM-un biznesi inkişaf etdirmə qabiliyyəti və müvafiq dəyər zənciri halqaları ilə əlaqələri inkişaf etdiriləcəkdir. Bütün Layihə fəaliyyətləri regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının strateji məqsədinə, beynəlxalq təşkilatların inkişaf strategiyalarına dəstək olacaqdır.

Layihənin nəticələri:

– Daşkəsən, Goranboy və Samux rayonlarında təqribən 400 aztəminatlı kənd ailəsi (başqa sözlə 400 həssas qrupa daxil olan valideyn) qabaqcıl və davamlı kənd təsərrüfatı və kənd turizmi təcrübələrini tətbiq etməklə öz gəlir mənbələrini genişləndirərək rifah hallarını artırıblar;

– Hədəf qrupu sayılan 30 icmada olan təxminən 1000 qadın öz peşə bacarıqlarını və sosial rifahını yaxşılaşdırıb, gəlirli fəaliyyətlərə başlayıb;

– Layihənin tərəfdaşı olan kiçik- və ortamiqyaslı sahibkarların biznes inkişaf potensialı və dəyər zənciri üzrə olan müvafiq iştirakçılarla əməkdaşlığı təkmilləşdirilib;

– Siyasi müstəvidə təqribən 40 millət vəkili 3-4 müvafiq qanunvericilik aktı hazırlamaqla aztəminatlı kənd ailələrinin vəziyyətinə və onların problemlərinə olan diqqəti artırıblar.

Videolar


Gəncəli ailələr üçün gender məlumatlandırma proqramı

Nail, “Kənd yerlərində yaşayan ailələr üçün Avropa İttifaqı proqramı”nda iştirak edib. Proqram çərçivəsində o, gender əsaslı zorakılıqla bağlı təlimlərə qoşulub. Nailin uğur hekayəsi ilə siz də tan…

Mehriban və Əlinin kiçik ailə biznesi

Mehriban və Əli, Avropa İttifaqının kənddə yaşayan ailələr üçün maliyyələşdirdiyi proqramda iştirak edirlər.  Onların uğur hekayəsi ilə siz də tanış olun.. 2017-ci ildən etibarən Avropa İttifa…

TELİŞLİ

Layihə haqqında

Avropa İttifaqının maliyyələşdirdiyi və Rüzgar Ekoloji İctimai Birliyinin həyata keçirdiyi “Telişli ekomiqrant icmasında bazar rəqabətli gəlir mənbələrinin formalaşması üçün kənd təsərrüfatı təşəbbüsləri” layihəsi 2018-2020-ci illərdə həyata keçirilmişdir. Layihənin hədəf qrupu evləri və təsərrüfatları 2010-cu ildə Kür çayında baş vermiş daşqınlar nəticəsində yararsız hala düşmüş İmişli rayonunun Telişli ekomiqrant qəsəbəsinin sakinləridir. İcmanın əhalisi öz həyat tərzinə görə tərəkəmələrdən ibarətdir. Hazırda Telişli icmasında 276 ailədə 1250 nəfər yaşayır.

Videolar


Layihə çərçivəsində həyata keçirilən işlər

Layihə çərçivəsində suvarma sisteminin təkmilləşdirilməsi, tərəkəmə xalça istehsalı sexinin qurulması, yolüstü servis kooperativinin yaradılması, hələb keçi fermasının tikilməsi və balışın təşkili …

Malik Şahmurov və onun Hələb keçisi ferması

İmişli rayonunun Telişli ekomiqrant kəndinin sakini olan Malik Şahmurov Avropa İttifaqının maliyyə dəstəyi ilə ferma tikərək 20 baş Hələb keçisi aldı. Qeyd edək ki, Hələb keçiləri bol və keyfiyyətl…