Ark of Taste məhsullarından biri – Səməni halvası

28/04/2021

Azərbaycandan gətirilən Ark of Taste (Dad Gəmisi) məhsullarından biri də Səməni halvasıdır.

Buğda cücərtisinin şirəsi ilə hazırlanan bu ənənəvi şirin halva tipi qəhvəyi-qara rəngi ilə fərqlənir. Ənənəvi olaraq, bu, Novruz bayramı üçün xüsusi olaraq ildə bir dəfə Dəmirçi (Şamaxı rayonu) və Lahıc (İsmayıllı rayonu) kəndlərinin dağlarında istehsal edilir. Bu ailə ənənəsinin Zərdüştlüyün Novruz bayramı üçün buğda yetişdirmək adətinə əsaslandığına inanılır.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021