Skip to main content

Avropa İttifaqı, innovasiyaları və rəqabəti dəstəkləməklə “yaşıl” və rəqəmsal texnologiyalara keçid məqsədilə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsinə yeni təkan vermək məqsədilə 2023-2024-cü illəri “Avropa Bacarıqlar İli” bəyan etmişdir. Bununla əlaqədar olaraq, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” şüarı altında silsilə tədbirlərin başlanmasını bəyan etmişdir.

“Avropa İttifaqı və Azərbaycan Respublikası insan inkişafına aid edilən təhsil, o cümlədən peşə təhsili kimi bir çox sahələrdə güclü tərəfdaşlığa malikdir” – deyə Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko bildirmişdir. “Yaşıl” və rəqəmsal texnologiyalara keçid dövründə insanlar və iqtisadiyyat üçün yeni imkanlar yaratmaq, həmçinin dəyişən əmək bazarına daha yaxşı çıxış təmin etmək əhəmiyyət kəsb edən məsələlərdir. Daha yaxşı iş və əmək haqqı naminə doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bu silsilə tədbirləri vasitəsilə bir daha xatırlatmaq istəyirik” – deyə səfir Mixalko əlavə etmişdir.

Faktlar və Rəqəmlər

Tədbirlər

“Avropada təhsil” sərgisi Bakı, Azərbaycan

Avropada oxumağı düşünürsən?

“Hilton” mehmanxanasında, 18-19 noyabr tarixlərində baş tutacaq “Avropada təhsil” sərgisinə qatıl və Avropada gələcək təhsilini indi planlaşdır!

Avropa İttifaqı “Avropa Bacarıqlar İli” silsilə tədbirlərinə başlayır

Avropa İttifaqı, innovasiyaları və rəqabəti dəstəkləməklə “yaşıl” və rəqəmsal texnologiyalara keçid məqsədilə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsinə yeni təkan vermək məqsədilə 2023-2024-cü illəri “Avropa Bacarıqlar İli” bəyan etmişdir. Bununla əlaqədar olaraq, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” şüarı altında silsilə tədbirlərin başlanmasını bəyan etmişdir. 

Avropa Bilik Yarışması 2024

Martın 2-də Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Gənc Avropa Səfirləri” şəbəkəsi ilə birlikdə “Avropa Bilik Yarışması” müsabiqəsini keçirmişdir. Bu müsabiqə Avropa Bacarıqlar İli çərçivəsində “Doğru bacarıqlar qazan” şüarı altında təşkil edilən silsilə tədbirlərin bir hissədir.

Avropa İttifaqı ” İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda təlim keçirib

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilən silsilə seminarlardan sayca ikinci təlim keçirib. Gənc nəsli əmək bazarı və bacarıqların artırılması üzrə düzgün və hərtərəfli istiqamətləndirəcək “İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda praktiki təlim “Azərbaycan HR İnstitutunun” təsisçisi və rəhbəri Emil Hüseynovun iştirakı ilə 2024-cü ilin aprel ayının 20-də baş tutub. Tədbirdə 100 gənc iştirak edib.

Avropa İttifaqı “Startap haradan başlayır?” mövzusunda təlim keçirib

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində biznes ideyasını formalaşdırmış, lakin buna haradan başlamalı olduğunu bilməyənlər üçün “Startap haradan başlayır?” mövzusunda praktiki seminar keçirib.

Aİ Nümayəndəliyi “Gələcək peşələr və gələcəyin bacarıqları” mövzusunda seminar keçirir

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi iyunun 13-də “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilən silsilə seminarlardan sayca sonuncusunu təşkil etmişdir. “Gələcəyin işləri və gələcək bacarıqlar” mövzusunda praktiki seminar gələcəkdə əmək bazarlarında tələb olunacaq bacarıqlara diqqət yetirmək məqsədilə gənc nəsli və Avropa İttifaqına üzv ölkələrin təmsilçilərini bir araya gətirmişdir.

Videolar