Skip to main content

“Avropada təhsil” sərgisi Bakı, Azərbaycan

26/10/2023

Tarix: 18-19 noyabr 2023-cü il

Keçirilmə vaxtı: şənbə günü, 18 noyabr 2023-cü il, saat 10:00-dan 18:00-dək

bazar günü, 19 noyabr 2023-cü il, saat 10:00-dan 17:00-dək

Şəhər: Bakı

Məkan: “Hilton” mehmanxanası, Azadlıq prospekti 1B, Bakı, AZ 1000, Azərbaycan

Avropada oxumağı düşünürsən?

“Hilton” mehmanxanasında, 18-19 noyabr tarixlərində baş tutacaq “Avropada təhsil” sərgisinə qatıl və Avropada gələcək təhsilini indi planlaşdır!

Bu, sənin üçün Almaniya, Belçika, Fransa, İspaniya, İtaliya, Latviya, Malta, Polşa və Yunanıstandan olan universitetlərin işçi heyət üzvləri ilə birbaşa görüşmək fürsətidir!

Beləliklə,

  • universitetlər və milli təhsil qurumları barədə məlumat əldə etmək,
  • müxtəlif ixtisaslar üzrə təhsil proqramlarını kəşf etmək,
  • “Erasmus+” proqramını incələmək,
  • təqdimatlar və ünsiyyət vasitəsilə hərtərəfli məlumat qazanmaq,
  • dostlarınla bir gün əylənmək imkanını əldə et!

Bizə qoşul!

ƏLAQƏ

Əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Sorğunuzu euedufair@commwithus.eu elektron poçt ünvanına göndərin.