Skip to main content

Bakı Qida Hakatonu

19/11/2021

Bu payızın ən məhsuldar Hakatonunu keçiririk – Bakı Qida Hakatonu!

27-28 noyabr Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-nın maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi və Gənc Avropa Səfirlərinin birlikdə təşkil etdiyi “Bakı Qida Hakatonu” keçiriləcək!

Qlobal pandemiya şəraiti kənd təsərrüfatının innovasiyalara olan tələbini artırmışdır. “Bakı Qida Hakatonu” azərbaycanlı investorları yerli fermerlərin üzləşdiyi ən aktual problemləri həll edə biləcək texnologiyanı təqdim etmək üçün çağırır.

Hakaton-un əsas mövzusu şəhər-kənd əlaqəsinin gücləndirilməsi və yerli istehsal olunan ərzaq məhsullarının milli istehlakının artırılması olacaq. İştirakçıların üzərində işləyəcəkləri problemlər Lənkəran bölgəsində yetişdirilən və istehsal olunan qida məhsulları ilə bağlı olacaq.

Hakaton dialoq yaratmaq, kənd təsərrüfatı sahəsində innovasiyaları sürətləndirmək və fermerlərin məhsullarını böyük şəhərlərdə olan vitrinlərə çatdırması üçün yaradıcı yollar tapmağı məqsəd olaraq qoymuşdur!

İki günlük tədbirin məqsədi Bakıda fəaliyyət göstərən İT və startap icmalarının təmsilçilərini regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gətirmək, yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm qlobal, regional və yerli problem və imkanlar haqqında iştirakçıları məlumatlandırmaq.

Qalib komanda 5000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3000 avro və 1000 avro qazanacaqdır.

Təcrübəli mentorlar iştirakçı komandaları dəstəkləyəcək və onlara mümkün olan ən yaxşı həllərin hazırlanmasında köməklik göstərəcəklər. İki günlük intensiv proqramın sonunda kənd təsərrüfatı, turizm və innovasiya sahəsində yüksək profilli milli və beynəlxalq ekspertlər arasından seçilmiş münsiflər heyəti üzvləri fərdi komanda profillərini nəzərdən keçirəcək və qalib ideya ilə bağlı yekun rəy verəcəklər.

27 noyabr mentorlarla görüş təşkil olunacaq, 28 noyabr təqdimat baş tutacaq.

Hakaton Bakının mərkəzi otellərindən birində oflayn formatda keçiriləcək.

Müraciətlər 21 noyabr 2021-ci il, saat 23:59-da (Bakı vaxtı ilə) bağlanır.
Müraciət üçün link: https://bit.ly/3qu5rLo

Seçilən komandalar təlimin gündəliyi və daha ətraflı məlumatla təmin olunacaqlar.