Skip to main content

“Ay” studiyası

29/04/2024

Şəfəq Avropa İttifaqının maliyyə dəstəyi ilə Şəki-Zaqatala bölgəsində həyata keçirilmiş layihənin benefisiarı olmuşdur. Həmin layihənin dəstəyi ilə o, gözəllik salonuna işə düzəlmiş və maddi cəhətdən özünü tutduqdan sonra yeni bir gözəllik salonunu icarəyə götürmüş və ona “Ay” studiyası adını verdişdi. Sonra o, lazımi cihaz və avadanlığı kreditə götürməklə gözəllik xidmətlərinin çeşidini genişləndirdi və Avropa İttifaqının COVID-19 pandemiyasının öhdəsindən gəlmək məqsədilə maliyyələşdirdiyi digər layihənin benefisiarlarına yardımçı oldu. Layihənin müraciəti əsasında o, Türkan və Məhəbbəti salonunda işlə təmin etdi və onlara ustadlıq etdi. Layihə, benefisiarları avadanlıq, divan, güzgü, manikür və pedikür dəstləri ilə təmin etdi. Makiyaj/kosmetika, saç kəsimi, manikür və pedikür xidmətlərini evdən göstərəndə iki benefisiar qadına ay ərzində 5-10 müştəri müraciət edirdi. Şəfəqlə əməkdaşlığa başladıqdan bir il sonra onların gündəlik müştəri sayı 6-8 arasında olmuşdur. Üç qadın bir-birinin müştərisinə xidmət göstərməklə bir-birinə dəstək olur. Onlar biznes bacarıqlarını inkişaf etdirməklə və zəruri təlimlərdən keçməklə gələcəkdə biznes klasterlər yaratmaq niyyətindədirlər.