Skip to main content

Avropa İttifaqı Azərbaycanda 131 layihə nümayiş etdirən yeni veb sayt – eu4azerbaijan.eu təqdim etdi və media müsabiqəsi elan etdi

17/02/2021

Avropa İttifaqı Azərbaycanda həyata keçirilən 131 Aİ layihəsi barədə ətraflı məlumat verən yeni bir veb sayt istifadəyə verdi.

“EU4AZERBAIJAN.EU veb saytı tərəfdaşlıq dünyasına yol açır. Burada insanlara kömək etmək məqsədi ilə həyata keçirilmiş və icra olunmaqda olan bir çox layihə şəkillərlə, rəqəm və sözlərlə təqdim edilir. Səhifəyə baş çəkin, araşdırın, ondan faydalanın və bizə rəy verin! Gəlin daha yaxşı gələcək və Azərbaycan naminə tərəfdaşlıq edək!” Aİ-nın Azərbaycandakı Səfiri Kəstutis Yankauskas dedi.

Layihə barədə müfəssəl məlumatlardan əlavə, veb saytda ölkə boyu Aİ-nın dəstəklədiyi seçilmiş layihə tədbirlərinin təsirini göstərən interaktiv xəritə də vardır. Bu xüsusiyyət yeni layihələr meydana gəldikcə daha çox layihəni əhatə edəcəkdir.

Veb saytda layihələr barədə xəbər və yeniliklər, həm də Aİ-nin maliyyələşdirdiyi bir sıra mövcud imkanlar barədə məlumatlar müntəzəm olaraq Azərbaycan, həm də ingilis dilində təqdim ediləcəkdir.

Aİ, eyni zamanda, Aİ-Azərbaycan arasındakı münasibətləri, Aİ-nın layihə tədbirləri və onların Azərbaycanda insanların gündəlik həyatına təsiri barədə ictimai məlumatlandırmanı artırmaq məqsədi ilə Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı Azərbaycanda çap, televiziya / radio və veb mediası üçün media müsabiqəsi elan etdi.

Tədbir Aİ Nümayəndəliyinin Facebook səhifəsində canlı yayımlanmışdır. Müsabiqənin qaydaları yeni veb saytda və Nümayəndəliyin Facebook səhifəsində yerləşdiriləcəkdir.

https://eeas.europa.eu/delegations/azerbaijan/93329/node/93329_en