Skip to main content

Yolüstü servis kooperativinin yaradılması

08/02/2021

İmişlidən 35 km, Kürdəmirdən isə 27 km məsafədə yerləşən Telişli icmasının sakinləri bazarlıq etmək, gündəlik ailə tələbatlarını ödəmək və öz təsərrüfatlarında hasil olan məhsulları satmaq üçün hər dəfə bu qədər məsafəni qət etməli olurdular. Yerli sakinlərlərin təklifi ilə Avropa İttifaqı alış-veriş üçün yolüstü servis kooperativinin-bazarının yaradılmasına dəstək oldu. Yaradılan kooperativdə 20 nəfərlik piştaxtalar quraşdırıldı, 2,5 sot ərazidə abadlıq və yaşıllaşdırma işləri aparıldı, sanitar qovşağı tikildi, su çəni və pompası quraşdırıldı. Yolüstü servis kooperativi istifadə üçün ötən il Telişli və ətraf kəndlərin sakinlərinə təhvil verildi. Ötən ilin iyul ayında Qurban bayramı münasibətilə ət yarmarkası da keçirildi.