Skip to main content

Xilasetmə marşrutu

08/02/2021

2010-cu ildə Kür daşqınları səbəbilə evləri və təsərrüfatları yararsız hala düşmüş Telişli sakinləri kənddən 1 km aralıda dövlət tərəfindən salınmış ekomiqrant qəsəbəsində yaşayırlar. Qəsəbədə hər ailəyə 12 sot həyətyanı sahə ayrılıb. Relyef əlverişsiz olduğundan qəsəbəyə çəkilmiş suvarma kanalından 30-dək ailə istifadə edə bilmirdi. Bu əraziyə su başqa marşrutla çəkilmiş kanaldan gələ bilərdi. Lakin bu marşrutu seçib kanalı çəkmək qəsəbə sakinlərinin maddi imkanı xaricində idi. Qəsəbədən təqribən 1,5 km məsafədən keçən ana kanal yararsız hala düşmüşdü. Həmin kanal üzərində yerləşən 36 ailəyə məxsus 40 hektara yaxın pay torpaqları da son illər sudan korluq çəkirdi.