Skip to main content

Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) onlayn Sorğuya dəvət olunması

09/12/2020

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi (AİN) 2020-ci ildən sonrakı Aİ-Azərbaycan əməkdaşlığı və 2021-2027-ci illər Azərbaycan üzrə inkişaf əməkdaşlığı (Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq Aləti – NDICI) üçün yeni maliyyə alətinin proqramlaşdırılması çərçivəsində Azərbaycan Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) ilə məsləhətləşmələr edir.

Bu məsləhətləşmələrin məqsədi Azərbaycan VCT-larının gücünü, ehtiyaclarını və prioritetlərini daha yaxşı başa düşmək və Aİ-Azərbaycan əməkdaşlıq hədəflərinə çatmaq üçün onlarla sıx əməkdaşlığı təmin etməkdir.

Bütün Azərbaycan VCT-larını sorğuda iştirak etməyə dəvət edirikhttps://kwiksurveys.com/s/gxGd2rbT(link is external)

Sorğunun tamamlanması təxminən 15 dəqiqə çəkəcək. Bu sorğunun doldurulması üçün son tarix  6 dekabr 2020-ci ildir. Sorğunu bu linkə daxil olmaqla onlayn doldura bilərsiz: https://kwiksurveys.com/s/gxGd2rbT(link is external)

Sorğu üçün vaxt ayırdığınıza görə öncədən Sizə təşəkkür edirik.