Skip to main content

Ukraynalı tələbə və tədqiqatçılara dəstək məqsədilə yeni bir təşəbbüsün icrasına başlanıb

Avropanın və dünyanın müxtəlif institutlarından olan bir qrup könüllü tələbə və müəllim heyəti ukraynalı alim və tələbələrə iş və karyeralarını davam etdirməkdə kömək etmək məqsədilə #ScienceForUkraine həştəqi ilə yeni bir təşəbbüs irəli sürüb. Qrupun məqsədi Rusiyanın Ukraynaya təcavüzündən birbaşa təsirlənən tələbələr və tədqiqatçılar üçün milli və beynəlxalq səviyyədə dəstək imkanları haqqında məlumat toplamaq və yaymaqdır. 

Təşəbbüsə həsr olunmuş https://scienceforukraine.eu internet səhifəsində ukraynalı tələbələr və tədqiqatçılar dünyanın müxtəlif yerlərində onlar üçün mövcud olan dəstək imkanları haqqında məlumat ala bilərlər. Səhifədə təqaüd proqramlarından tutmuş, yerləşmə, vakansiyalar, laboratoriya, maliyyələşdirmə və ödənişli təcrübə proqramlarına qədər yüzlərlə müxtəlif məlumatlar yer alır. Orada həmçinin ukraynalı həmkarlarına kömək etmək istəyən institut və fərdi şəxslər üçün də bölmə ayrılıb (https://scienceforukraine.eu/help.html).

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east