Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində seminarlar keçirilmişdir

04/05/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 1, 3 və 4 may 2023-cü il tarixlərində “Qeyri-formal və informal təhsilin tanınması üzrə beynəlxalq təcrübə”, “Qeyri-formal və informal təhsilin tanınmasını həyata keçirən qurumların akkreditasiyası qaydaları” və “Qeyri-formal və informal təhsilin tanınmasını həyata keçirən qurumlarda daxili keyfiyyət təminatı” mövzularında seminarlar keçirilib.

Hər üç seminar beynəlxalq ekspert Dr. Patrik Verkuin tərəfindən keçirilib. Seminarların iştirakçıları Agentliyin kvalifikasiyaların tanınması departamenti və keyfiyyət təminatı departamentinin şöbələrinin əməkdaşları və müxtəlif özəl peşə təlimi müəssisələrinin nümayəndələri olub. Seminarlarda qeyri-formal və informal təhsilin tanınması sahəsində beynəlxalq təcrübə və tanınmanı həyata keçirən qurumların akkreditasiyası qaydalarını, eləcə də həmin qurumlarda daxili keyfiyyət təminatı mövzularında beynəlxalq təcrübə haqqında məlumat verilmiş və həmin təcrübələrin yerli mühitdə tətbiqi müzakirə olunmuşdur.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.