Skip to main content

Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində “Psixi Sağlamlıq və Psixososial dəstək” mövzusunda təlim keçirilib

15/08/2023

8-11 Avqust 2023-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində “Psixi Sağlamlıq və Psixososial dəstək” mövzusunda təlim keçirilib.

Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixi sağlamlıq və psixososial dəstək (PSPSD) üzrə əlaqələndirici şəxsləri üçün nəzərdə tutulub.

Təlimin həyata keçirilməsindəki əsas məqsəd yeni hazırlanmış PSPSD siyasəti çərçivəsində əlaqələndirici şəxslərin psixi sağlamlıq və psixososial dəstək bacarıqlarını rayon bölməsi səviyyəsində gücləndirmək olub. Bu yanaşma onların bacarıqlarının genişləndirilməsinə, layihə üzrə əldə edilən nəticələrin möhkəmləndirilməsinə, o cümlədən humanitar böhranların təsirinə məruz qalmış ayrı-ayrı fərdlərin və icmaların ümumi rifahına, bərpasına və dayanıqlılığına öz töhfəsini verəcək.

Təlim zamanı iştirakçılar psixi sağlamlıq və psixososial dəstək ehtiyacları barədə təməl biliklər qazanıb, icmalarında səmərəli məlumatlandırma işlərinin aparılmasının yolları barədə öyrənib. Onlar, həmçinin ilkin psixoloji yardım kimi təməl psixososial dəstək texnikalarına dair praktiki bacarıqlar əldə edib.  Bundan əlavə, təlimdə əlçatan resursların müəyyən edilməsi və PSPSD sahəsində görülən işlərin daha yaxşı əlaqələndirilməsinin təmin edilməsi üçün əməkdaşlıqların qurulması məqsədilə mövcud xidmətlərin xəritəyə alınmasının əhəmiyyəti vurğulanıb. Digərlərinə dəstək göstərdikdə öz rifahlarının qayğısına qala bilmək üçün iştirakçılara özünəqulluq strategiyaları öyrədilmişdir.  Bu təlimin nəticəsi olaraq PSPSD üzrə əlaqələndirici şəxslərin yeni bilik və bacarıqlardan istifadə edərək PSPSD xidmətlərini keyfiyyətli formada tətbiq edə biləcəklər.