Skip to main content

Aİ-nin dəstəyilə AzQAC-ın İmişli bölməsi IFRC-nin “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili” adlı təlim proqramı ilə tanış olub

11/05/2024

1-2 may 2024-cü ildə, Avropa İttifaqı (EU) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivənsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə AzQAC-ın İmişli rayon bölməsində “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirib.

Bu proqram daha öncə BOCA təlimi zamanı milli cəmiyyətin könüllüləri olaraq BOCA fasilitator statusunu qazanmış Abbasova Günel, Məmmədov Xəyyam və Rüstəmov Qasım tərəfindən həyata keçirilib.

Təlimdə könüllülərlə yanaşı AzQAC İmişli rayon bölməsinin rəhbərliyi də iştirak edib. Təlim proqramı ərzində iştirakçılar BOCA metodologiyalarına dair təlimatlandırıcı materiallar ilə tanış olublar. Sonra isə bölmənin ehtiyaclarına uyğunlaşdırılmış təşkilati inkişaf strategiyalarını inkişaf etdirməyə yönəlmiş interaktiv sessiyalarda aktiv iştirak ediblər.