Skip to main content

Avropa İttifaqı Lənkəranda

08/06/2023

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə 9-10 iyun 2023-cü il tarixində növbəti “Avropa şəhərciyi” tədbiri ilə əlaqədar, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi fəaliyyət və layihələrə dair məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Lənkərana təşrif buyurmuşdur.

9 iyun tarixində Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko, İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə Lənkəran Dövlət Universitetində təqdimatlar keçirəcək və Aİ-nin maliyyə dəsətəyi ilə həyata keçirilən iki layihənin benefisiarlarına baş çəkəcəkdir.

Aİ və ona üzv olan ölkələr haqqında məlumatlarını artırmaq marağında olan hər kəsi 10 iyun 2023-cü il tarixində, saat 11:00-dan 18:00-dək Lənkəranın Heydər Əliyev adına parkında, açıq havada baş tutacaq “Avropa şəhərciyi” tədbirimizə dəvət edirik. Aİ-nin Azərbaycan Respublikasında Nümayəndəliyi, Belçika Krallığının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Almanita Federativ Respublikasının, Macarıstanın, Latviya Respublikasının, Litva Respublikasının, Polşa Respublikasının, Rumıniyanın və İsveç Krallığının səfirlikləri tədbirdə qatılacaqlar. Tədbirdə iştirak edən qonaqlar həmin Aİ ölkələrinin mədəniyyəti və ənənələri, mətbəxi, həmçinin təklif etdiyi təhsil və turism imkanları ilə tanış olacaqlar. Aİ-nin təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələrin nümayəndələri tədbirdə iştirak edərək qonaqları Azərbaycan xalqının güzəranını yaxşılaşdırmaq üçün layihələrinin üstünləri ilə tanış edəcəklər. “Avropa şəhərciyi” tədbiri saat 17:00-dan başlayaraq “Nənələr” folklor qrupu, müğənnilər Leyla Tağıyeva və Çinarə Məlikzadənin çıxış edəcəkləri konsertlə davam edəcək.

Aİ günlərinə dair əlavə məlumat üçün Nümayəndəliyin “Facebook” sosial platformasında səhifəsinə (https://www.facebook.com/EUDelegationtoAzerbaijan/) keçməniz xahiş olunur.

Avropanı Lənkəranda kəşf etmək üçün bizə qoşulun!