Malik Şahmurovun uğur hekayəsi

08/02/2021

 

İmişli rayonunun Telişli ekomiqrant kəndinin sakini olan Malik Şahmurov Avropa İttifaqının maliyyə dəstəyi ilə ferma tikərək 20 baş Hələb keçisi aldı. Qeyd edək ki, Hələb keçiləri bol və keyfiyyətli südü və əti ilə məşhurdur. O, öz həmkəndliləri ilə birlikdə kooperativ yaratdı və dörd ailəni təsərrüfat işinə cəlb etdi. Bir ildə keçilərin sayı 45-ə çatı, bu ilin martında isə onların sayının 70-ə çatacağı gözlənilir. Hazırda təsərrüfat öz xərclərini qismən ödəyir və tezliklə daha 10 nəfəri işə götürəcəkdir.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021