Skip to main content

Sevincin həyatının yeni başlanğıcı

01/02/2021

Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edilən “SEEDS” layihəsinin əhatə etdiyi kəndlərin əksəriyyəti ucqar kəndlər olduğuna görə qızlar arasında erkən yaşlarda təhsilini dayandırma halları ilə rastlaşılır. Erkən yaşlarında ailə həyatı quran Samux rayonun kənd sakini Sevincə (ad şərtidir) qarşı keçmiş həyat yoldaşı fiziki güc tətbiq edirdi. Sevinc ondan ayrılaraq necə yaşayacağını təsəvvür belə etmirdi. Layihə Sevincə  psixoloji və hüquqi yardım göstərdi və o, həyatında yeni bir səhifə açmağı bacardı. Hazırda Sevinc layihənin ona hədiyyə etdiyi tikiş maşını ilə dərzilik edərək öz kiçik biznesini inkişaf etdirir.