Skip to main content

Şəki və Balakəndə kiçik ailə təsərrüfat sahibləri ilə görüş

15/04/2021

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ABAD ilə birgə regionlarda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək göstərməyə davam edir. Layihə çərçivəsində ABAD publik hüquqi şəxs və BMT-nin İnkişaf Proqramının nümayəndələri ilə Azərbaycanın Şəki və Balakən regionlarında fəaliyyət göstərən kiçik ailə təsərrüfat sahibləri arasında görüşlər baş tutub. Görüşlərdə ailələr tərəfindən istehsal prosesinin gedişatı barədə məlumat verilib, məhsullar və satışlar barədə müzakirələr aparılıb. Qeyd edilməlidir ki, layihənin dəstəyi ilə 44 ailə müvafiq təlimlərdə iştirak edib və avadanlıqlarla təmin edilib. Hazırda onların istehsal etdiyi məhsullar Azərbaycanın müxtəlif marketlərində və ABAD etno-butiklərində satışa təqdim olunur.