Aİ (Avropa İttifaqı) Biznes üçün: Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası
Təsvir
Layihə, ticarət məlumatlarına çıxış imkanını verən onlayn portal təqdim edərək, Şərq Tərəfdaş ölkələri arasında və Aİ ilə ticarət artımını dəstəkləməyi hədəfləyir.
Siyasətçilərin ticarətlə əlaqəli xərcləri azaltmaq yollarını müəyyənləşdirmələrinə kömək etmək üçün, hər bir ölkədə şirkətlərin üzləşdiyi ticarət maneələri ilə bağlı sorğular keçiriləcək və portal vasitəsilə keçirilən bir onlayn sorğu sistemi ilə tamamlanacaq.
Layihə ayrıca seçilmiş sektorlar üçün xidmətlərin ticarəti məlumatlarının toplanması və işlənməsi üçün milli potensialı artıracaq, Şərq Tərəfdaşlığı bölgəsində və Aİ-da yeni imkanları müəyyənləşdirmələrini təmin etmək üçün, portalda mövcud bazar təhlili vasitələrindən istifadəyə dair biznesə dəstək verən qurumlarına təlimlər verəcək.

Konkret məqsədi
Layihənin ümumi məqsədi Şərq Tərəfdaşlığı ölkələri və Aİ ilə ticarətin artmasına töhfə verməkdir.
Xüsusi məqsəd bölgədəki KOB-larin bölgədə və Aİ ölkələri ilə ticarət edərkən daha yaxşı və məlumatlı ticarət qərarları qəbul etməsinə imkan verməkdir.

Gözlənilən nəticələr
Layihə aşağıdakı işləri görəcək:
∙ Bölgə və Aİ ilə ticarət məlumatlarını təmin edən və aşağıdakıları daxil edən onlayn portal hazırlayacaq:
- Bazar trendləri; (ticarət statistikası, ticarət göstəriciləri, ixrac potensialı);
- Bazar tələbləri (tariflər, qeyri-tarif tədbirləri, vergilər, ticarət müqavilələri, mənşə qaydaları);
- Seçilmiş məhsullar üçün ixracat təlimatları;
- İş əlaqələri.
∙ Şirkət sorğuları vasitəsilə tənzimləyici və prosedur ticarət maneələrini müəyyənləşdirmək.
∙ Portalda aparılan onlayn məlumatlandırma sistemi vasitəsi ilə hesabatların, monitorinqlərin və maneələrin həllinin asanlaşdırılması.
∙ Seçilmiş sektorlar üçün xidmətlərin ticarəti məlumatlarını toplanması və işlənməsi üçün milli potensialı artırmaq.
∙ Portalın bazar təhlili vasitələrindən istifadə etməklə biznesə dəstək verən təşkilatlara Şərq Tərəfdaşlığı bölgəsində və Aİ-da yeni imkanları müəyyənləşdirmələrini təmin etmək üçün təlimlər vermək.

Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Video qalereya
Promo video (Ukrainian)
Promo video (Romanian)
Promo video (Azerbaijani)
Promo video (Armenian)
Promo video (Georgian)
Promo video (English)
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq Alt sektor:
İqtisadiyyat və ticarət Mövzular:
Biznes ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna Layihənin statusu:
Tamamlandı Başlama tarixi:
01.12.2019 Bitmə tarixi:
01.12.2024 Veb-sayt:
https://eap.tradehelpdesk.org/en
Aİ Layihə nömrəsi:
409-026