Skip to main content

Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi

Təsvir
Ümumi məqsəd əlilliyi olan uşaqlar və gənclərin inkişafı üçün onların tələb və ehtiyaclarına uyğun inklüziv peşə proqramlarına çıxışı təmin etməkdir.

Xüsusi məqsəd Bakı şəhərində əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv ənənəvi incəsənət peşə proqramı hazırlamaq və tanıtmaqdır.

Layihə 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (hamı üçün əlçatan, bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil imkanlarını dəstəkləmək) 4.5-ci hədəfinə (2030-cu ilədək təhsildə gender zəminində bərabərsizlikləri aradan qaldırmaq və həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, yerli əhali və həssas qruplara daxil olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə-ixtisas hazırlığına bərabər çıxış imkanını təmin etmək) töhfə verir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin inkişaf ehtiyaclarına uyğunlaşdırılmış inklüziv peşə təhsili proqramlarına çıxış imkanlarını genişləndirməkdir.
Layihənin xüsusi məqsədləri:
- Xüsusi təhsil müəssisələri ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi arasında əməkdaşlıq mexanizmi hazırlamaq;
- Təhsil proqramını (kurrikulum) sağlamlıq imkanları məhdud/əlilliyi olan şəxslərin ehtiyaclarına uyğunlaşdırmaq;
- Əlilliyi olan yetkin yaşdakı işsizlərin, sağlamlıq imkanları məhdud uşaq və gənclərin ənənəvi incəsənət və sənətkarlıq sahəsində peşə təhsilinə çıxışlarını təmin etmək;
- Müəllim və ustalara inklüziv peşə təhsili sahəsində təlim keçmək;
- Ənənəvi incəsənət və sənətkarlıq məzunlarının əmək bazarına uyğunluğunu artırmaq;
- Sağlamlıq imkanları məhdud uşaqların Təhsil Nazirliyinin proqramına inteqrasiyası ilə bağlı əməli tövsiyələr hazırlamaq və təqdim etmək.
Gözlənilən nəticələr
- İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (İƏİM) və xüsusi təhsil müəssisələri arasında əməkdaşlıq mexanizmi yaradılır;
- Təhsil proqramı (kurrikulum) sağlamlıq imkanları məhdud gənclərin ehtiyaclarına uyğunlaşdırılır və tətbiq olunur;
- Əlilliyi olan yetkin yaşdakı işsizlərin və sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət və sənətkarlıq sahəsində peşə təhsilinə çıxış imkanları yaradılır;
- Təlimçi-ustaları inklüziv peşə təhsilinə hazırlamaq məqsədilə onlar üçün “Təlimçilərin təlimi” təşkil olunur;
- Ənənəvi incəsənət və sənətkarlıq proqramının məzunlarının bacarıqları və əmək bazarına uyğunluqları artırılır;
- Avropa İttifaqının inklüziv təhsil sahəsində nümunəvi təcrübələri barədə məlumatlılıq artır.
Layihə sənədləri
Beneficiaries
Skills and employability of the graduates on traditional arts and crafts of the programme increased
Training of trainers-instructors (ToT) organised by international and local experts to prepare them for inclusive vocational education
Access of unemployed adults and youth with disabilities to vocational education on traditional arts and crafts have been established
Curricula are adjusted to the needs of youth with disabilities and implemented
Cooperation Scheme of special schools and ICTA has been established
Layihə xəritəsi
Foto qalereya
Training of trainers-instructors (ToT) organised by international and local experts to prepare them for inclusive vocational education
Children's festival "Different, but equal" dedicated to the International Day of Persons with Disabilities
Training by Michele Moore
The Press Day: EU, UNDP, Government of Azerbaijan promote inclusive education through traditional arts
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar, Qanunun aliliyi və insan hüquqları, İnklüzivlik
Mövzular:
Təhsil, İnsan hüquqları
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.06.2018
Bitmə tarixi:
01.12.2020
Aİ Layihə nömrəsi:
396-984