Skip to main content

İcma-əsaslı aqroturizmin kənd yerlərinin inkişaf strategiyası olaraq təşviqi

Təsvir
Layihənin əsas məqsədi şimal (Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz) və cənub bölgələrindəki (Salyan, Cəlilabad və Lənkəran) 8 rayonda icma-əsaslı aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı və turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir. Layihənin əsas hədəf qruplarına 40 icmada (hər rayonda 5 icma) aqroturizm/turizm sektorunda maraqlı olan kiçik sahibkarlıq təsərrüfatları və MKOSlar (400), gənclər (1200 nəfər), işsiz yetkin insanlar (1500 nəfər), bələdiyyə və digər yerli dövlət idarələri və qeyri-hökümət təşkilatlarının nümayəndələri (120 nəfər) daxildir. Layihə hədəf rayonlarında ümumi iqtisadi və sosial inkişafa töhfə verəcək və icmaları yeni gəlir mənbəyi və məşğulluq imkanları ilə təmin edəcəkdir.
Konkret məqsədi
- Kənd təsərrüfatı dəyər zənciri iştirakçılarının (kiçik fermer təsərrüfatları, MKOS-lar, kooperativlər və s.) inkişafına dəstək olmaq;
- Kənd təsərrüfatı dəyər zəncirində qruplar, kooperativlər və peşəkar assosiasiyalar yaratmaq və təşviq etmək;
- Kənd təsərrüfatı məhsullarını şaxələndirmək və marketinq yanaşmalarını inkişaf etdirmək;
- Aqroturizmdə gənclərin və yetkin insanların məşğulluğunu və sahibkarlıq bacarıqlarını karyera vasitəsilə inkişaf etdirmək;
- Aqroturizmdə dövlət-özəl sektor əməkdaşlığını davamlı yerli inkişaf strategiyası kimi inkişaf etdirmək.
Gözlənilən nəticələr
- Aqroturizmdə dəyər zənciri anlayışı daha yaxşı başa düşülür və inkişaf etdirilib;
- Aqroturizm Nümayiş Təsərrüfat sahələri yaradılıb və təşviq edilib;
- Aqroturizmdə kiçik fermer təsərrüfatlarının və MKOS-ların sayı artıb;
- Yerli aqroturizm sektoru iştirakçılarının biznes məsləhət və təlim xidmətlərinə çıxışı artıb;
- Aqroturizm sektorunda firmaların rəqabət qabiliyyəti qruplar və birgə biznes strategiyaları vasitəsilə artıb;
- Qruplar, kooperativlər və aqroturizm firmalarının assosiasiyaları yaradılıb və işə başlayıb;
- Mövcud/yeni aqroturizm məhsullarının sayı və keyfiyyəti artıb;
- Rayonda aqroturizm təsərrüfatlarına səfər edən turistlərin sayı artıb;
- Böyük turizm şirkətlərinin aqroturizm imkanlarına çıxışı artıb;
- Aqroturizm ilə bağlı Dəyər Zənciri iştirakçılarının maliyyə mənbələrinə çıxışı artıb;
- Gənclər və yetkin insanlar üçün biznes bacarıqlarının artırılması proqramı hazırlanıb və həyata keçirilib;
- Aqroturizmdə gənclər və yetkin insanların iş və karyera imkanlarına çıxışı artıb;
- Aqroturizm sektorunda icma daha yaxşı səfərbər edilib və əməkdaşlıq əlaqələri qurulub;
- İcmaların aqroturizm ilə əlaqədar kiçikmiqyaslı infrastruktur ehtiyacları qismən qarşılanıb.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
11.10.2017
Bitmə tarixi:
10.09.2021
Aİ Layihə nömrəsi:
388-843