Skip to main content

Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı layihəsi

Təsvir
Layihənin ümumi məqsədi Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafa təkan vermək və iş yerlərinin yaradılmasına dəstək olmaqdır. Layihə iqtisadi bərpa işlərinin təşviqini və iş yerlərinin yaradılmasını hədəfləyir. Xüsusi hədəf olaraq müəyyən edilib ki, nəzərdə tutulduğu kimi, 400 kiçikmiqyaslı həssas qruplardan ibarət olan kənd ailəsi kənd təsərrüfatında iştirakını və icma əsaslı turizm fəaliyyətlərini artıraraq şaxələndirəcək və bazara əsaslanan gəlir və məşğulluq üçün icma əsaslı təşəbbüslərə layihə imkanları vasitəsilə edilən dəstək sayəsində sosial-iqtisadi rifahını davamlı olaraq artıracaqdır. Bundan başqa, daha bir hədəf 30 icmada təxminən 1000 qadın üzvün peşə bacarıqlarını, sosial rifahlarını artırmaları və gəlir gətirən fəaliyyətlərlə məşğul olmalarıdır. Əlavə olaraq, Layihənin tərəfdaşı olan 10 KOM-un biznesi inkişaf etdirmə qabiliyyəti və müvafiq dəyər zənciri halqaları ilə əlaqələri inkişaf etdiriləcəkdir. Bütün Layihə fəaliyyətləri regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının strateji məqsədinə, beynəlxalq təşkilatların inkişaf strategiyalarına dəstək olacaqdır.
Konkret məqsədi
Layihənin xüsusi məqsədi fəaliyyət istiqamətləri vasitəsilə 400 aztəminatlı kənd ailəsinin (2000 şəxs), başqa sözlə 400 həssas qrupa daxil olan valideynin bazarın tələblərinə cavab verən gəlirinin və məşğulluğun artmasına yönəlmiş təşəbbüslərinin dəstəklənməsi yolu ilə onların kənd təsərrüfatı və kənd turizmi fəaliyyətlərinin inkişaf etdirilməsi, şaxələndirilməsi və nəticədə sosial-iqtisadi rifah hallarının davamlı olaraq yaxşılaşmasına nail olmaqdır.
Gözlənilən nəticələr
- Daşkəsən, Goranboy və Samux rayonlarında təqribən 400 aztəminatlı kənd ailəsi (başqa sözlə 400 həssas qrupa daxil olan valideyn) qabaqcıl və davamlı kənd təsərrüfatı və kənd turizmi təcrübələrini tətbiq etməklə öz gəlir mənbələrini genişləndirərək rifah hallarını artırıblar;
- Hədəf qrupu sayılan 30 icmada olan təxminən 1000 qadın öz peşə bacarıqlarını və sosial rifahını yaxşılaşdırıb, gəlirli fəaliyyətlərə başlayıb;
- Layihənin tərəfdaşı olan kiçik- və ortamiqyaslı sahibkarların biznes inkişaf potensialı və dəyər zənciri üzrə olan müvafiq iştirakçılarla əməkdaşlığı təkmilləşdirilib;
- Siyasi müstəvidə təqribən 40 millət vəkili 3-4 müvafiq qanunvericilik aktı hazırlamaqla aztəminatlı kənd ailələrinin vəziyyətinə və onların problemlərinə olan diqqəti artırıblar.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf, Məşğulluq və sahibkarlıq
Mövzular:
Kənd təsərrüfatı, Biznes, Məşğulluq
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2018
Bitmə tarixi:
31.12.2020
Veb-sayt:
n/a
Aİ Layihə nömrəsi:
388-865