Skip to main content

Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat potensialının gücləndirilməsinə Aİ-nin dəstəyi

Təsvir
Aİ-nin maliyyələşdirdiyi “Ələtdə yerləşən yeni Bakı Limanı və Azad Ticarət Zonasının əməliyyat potensialının gücləndirilməsinə dəstək" texniki yardım layihəsinin məqsədi Avrasiyanın mərkəzində beynəlxalq səviyyəli limanın və logistika mərkəzinin yaradılması vasitəsilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına və diversifikasiyasına töhfə verməklə Bakı Limanina dəstəyin göstərilməsidir.
Bakı Limanının bütün əməliyyatlarının Ələtdəki yeni liman obyektlərinə yenidən yerləşdirilməsi əməliyyat və idarəetmə fəaliyyətləri ilə əlaqəli bir sıra sahələrdə aparıcı təcrübə tələb edir, məs., Azad Ticarət Zonası (ATZ) funksiyaları və İKT sistemləri; Beynəlxalq sərhədlərarası ticarət və ictimaiyyətin məlumatlandırılması ilə əlaqəli İR idarəetməsi və ticari aspektləri.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Bakı limanının əlverişli Azad Ticarət Zonası vasitəsilə beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində Azərbaycan hökumətini dəstəkləməkdir.
Layihənin iki əsas məqsədi vardır:
- Bakı limanına tam gücü ilə fəaliyyət göstərməsi üçün yardım etmək;
- Regional və beynəlxalq ticarətin asanlaşdırılması və inkişafı üçün Bakı limanının Azad Ticarət Zonası ilə bağlı funksiyalarını gücləndirmək.
Gözlənilən nəticələr
- Limana dair Əməliyyat və İdarəetmə fəaliyyətlərinin gücləndirilməsi;
- Bakı Limanının Azad Ticarət Zonası ilə bağlı funksiyalarının gücləndirilməsi və beynəlxalq ticarətə aid kommersiya aspektlərinin dəmiryolu şəbəkəsi kimi yeni logistik imkanlara uyğun olaraq asanlaşdırılması;
- Liman və Azad Ticarət Zonasına aid İKT sistemlərinin yenilənməsi və müvafiq statistik məlumatlar hazırlanmasına dair hesabat və tövsiyələrin təqdim edilməsi;
- İnsan Resurslarının İdarəetmə sistemi və Limanın ictimaiyyətlə əlaqələr sahəsində funksiyalarının gücləndirilməsi.
Beneficiaries
Activity 2: Port Management Support
Activity 1: Port Operations Support
Activity 1: Port Operations Support
Activity 3: FTZ Operations Support
Activity 5: Improve Human Resource Management system
Layihə xəritəsi
Foto qalereya
Kick-off meeting
Port Festival - outdoor 2-day event at Baku International Sea Trade Port facilities at Alat Township.
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Bağlantı (nəqliyyat və enerji)
Mövzular:
Nəqliyyat
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
16.01.2018
Bitmə tarixi:
15.04.2020
Veb-sayt:
www.portofbaku.com
Aİ Layihə nömrəsi:
390-827