Skip to main content

Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı

Təsvir
Layihə Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri (GİAHS) vasitəsilə yerli ərzaq irsini təşviq edəcək inklüziv aqro-ərzaq sistemlərini dəstəkləməklə, Azərbaycanın şimal-qərb regionunda yerləşən kənd yerlərində həyat səviyyəsinin yaxşılaşdırılmasına, həmçinin, ayrı-ayrı ərzaq məhsulları üçün inklüziv və səmərəli dəyər zəncirlərinin inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Layihə, kiçik kənd fermerləri üçün bölgədə (həm dövlət, həm özəl) əlçatan və münasib icma əsaslı konsultasiya və məlumat xidmətlərini təşviq edəcəkdir. Əsas üstünlük kənd təsərrüfatı ərzaq irsinə, yerli brendlərə, keyfiyyət nişanlarına və biomüxtəliflik resursları ətrafında bazar təşəbbüslərinin inkişaf etdirilməsinə verilir. Əsas diqqət milli mətbəx kampaniyalarına, qadınların və kənd yerlərində yaşayan gənclərin yerli kənd təsərrüfatı və ərzaq sistemlərinə cəlb olunması yolunda ehtiyaclarının qarşılanmasına yönəldilib. Layihə yerli istehsal təsərrüfatlarının unikal xüsusiyyətlərinə və kənd turizmi imkanları üçün cəlbediciliyə əsaslanaraq seçilmiş pilot regionlarda yerli kənd təsərrüfatı və ərzaq istehsalçılarına məqsədyönlü dəstək göstərəcəkdir. Bu, gələcəkdə inklüziv və səmərəli dəyər zəncirinin yaradılması üçün biznes mühitini gücləndirəcək və kənd təsərrüfatı irsi sistemlərinin əhəmiyyətinin milli səviyyədə tanınmasını yüksəldəcəkdir.
Konkret məqsədi
Kiçik kənd təsərrüfatı sahiblərini dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi və Azərbaycanın şimal-qərb regionunda yoxsulluğun aradan qaldırılmasına töhfə verilməsi.
Gözlənilən nəticələr
- Seçilmiş yerli aqro-ərzaq məhsulları üçün yerli inklüziv və səmərəli kənd təsərrüfatı və ərzaq sistemi modellərinin yaradılması;
- Gücləndirilmiş istehsalçı-alıcı əlaqələri vasitəsilə onlar üçün bazara çıxış imkanlarının yaxşılaşdırılması və regionda aqro-ərzaq turizm potensialının genişləndirilməsinə;
- Hədəf regionun Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemi (GİAHS) kimi tanınması;
- Aqro-ərzaq sistemləri üçün icma əsaslı yerli məsləhət xidmətləri modelinin yaradılmasını və seçilmiş icmalarda onların pilot layihə kimi sınaqdan keçirilməsi.
Layihə sənədləri
Beneficiaries
Conduct detailed value chain analysis for the six selected products and identify gaps and needs, including on knowledge and innovation, capacity development, production technology/quality, end markets, food safety and other requirements
Activity 2.1. Conduct participatory screening of pre-selected local/traditional agri-food products and select six products with greatest market demand and income/employment potential
Layihə xəritəsi
Foto qalereya
Activity 2.1. Conduct participatory screening of pre-selected local/traditional agri-food products and select six products with greatest market demand and income/employment potential
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf, Təhsil, tədqiqat və innovasiyalar, Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Kənd təsərrüfatı, Biznes, Səmərəli idarəçilik, Qadınlar, Bacarıqlar
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.12.2019
Bitmə tarixi:
30.11.2022
Aİ Layihə nömrəsi:
411-736