Skip to main content

Azərbaycan Respublikası Təhsil Nazirliyinin institusional potensialının gücləndirilməsi

Təsvir
Layihə Təhsil Nazirliyinin (TN) Təhsil Sektoru İslahatı prosesini idarə etmək, izləmək və dəstəkləmək üçün institusional potensialın gücləndirilməsinə yönəlib.
Layihə çərçivəsində İnsan resursları departamentinin əməliyyat strukturu nəzərdən keçirilib, Departamentin iş yükü və bölmələrinin iş həcmi qiymətləndirilib. Müasirləşdirmə/optimallaşdırma ilə bağlı təkliflər benefisiara təqdim edilib.
Layihə eləcə də Təhsil Nazirliyinin funksional təhlilini hazırlayıb, şöbələrin əsasnamələrini nəzərdən keçirib, şərh edib və yeniləmələri ilə bağlı tövsiyələr hazırlayıb. Nəhayət, ən yaxşı təcrübə nümunələri və iş təsvirlərinə dair şərhlər də daxil olmaqla iş təsvirləri haqda təlimat hazırlanıb.
İkinci layihə komponenti Nazirlik işçilərinin yanında, əsasən İR heyəti olmaqla, tabeli şöbələrin işçilərinin potensialının artırılmasına yönəlib. Ətraflı təlim ehtiyaclarının təhlilindən sonra bir sıra təlim sessiyaları təqdim edilib. Layihə çərçivəsində Təhsil Nazirliyi daxilində mövcud və hazırlanmış yeni İR İdarəetmə və Administrasiya qaydaları da yenilənib.
Konkret məqsədi
- Azərbaycan Respublikası Təhsilin İnkişafına dair Milli Strategiyada və Təhsil Qanununda müəyyənləşdirildiyi kimi, Azərbaycanda təhsil sektorunun cari və gələcək müasir ehtiyaclarına uyğunlaşmaq üçün TN-nin təşkilati strukturunu müasirləşdirmək.
- “Azərbaycan Respublikası Təhsilin İnkişafına dair Tədbirlər Planı” və Dövlət Qulluğu Qanununa uyğun olaraq, TN işçilərinin TN-nin tapşırıqlarını səmərəli idarə etməsinə imkan yaratmaq.
Gözlənilən nəticələr
- TN-nin İnsan resursları departamentinin institusional və əməliyyat potensialı ehtiyacları müəyyənləşdirilib və həll edilib;
- TN-dəki şöbələrin əsasnamələri və vəzifə təlimatları, bütün vəzifələr üçün tələblər nəzərdən keçirilib və lazımi qaydada yenilənib;
- İnsan resursları departamenti işçilərinin peşəkar və idarəetmə imkanları yaxşılaşıb;
- TN-nin tabeli şöbələrində/qurumlarında İnsan resursları departamentinin işçilərinin peşəkar və idarəetmə imkanları yaxşılaşdırılıb;
- “Dövlət qulluğu haqqında” Qanunun müddəalarına uyğun olaraq, insan resurslarının idarə edilməsi üçün tələb olunan prosedurlar, təlimatlar və daxili siyasət prinsipləri hazırlanıb və sınaqdan keçirilib;
- TN-nin qərargahında çalışanların bacarıqlarının artırılması üzrə ehtiyaclar müəyyənləşdirilib və həll edilib.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.10.2018
Bitmə tarixi:
31.10.2020
Veb-sayt:
NA
Sosial media:
NA
Aİ Layihə nömrəsi:
399-769