Skip to main content

Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi və qorunması üzrə Əqli Mülkiyyət Agentliyinin institusional qabiliyyətinin gücləndirilməsi

Təsvir
Layihənin ümumi məqsədi rəqəmsal şəbəkələrdə müəllif hüquqları və əlaqəli hüquqların qorunmasını və idarə edilməsini gücləndirilməsidir. Bu baxımdan, layihə Əqli Mülkiyyət Hüququnun Təminatı Mərkəzinin (ƏMHTM) inkişafı üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (ƏMA) dəstək göstərir.

ƏMHTM son zamanlarda ƏMA tabeçiliyində təsis edilmişdir. Yeni təşkilat olaraq onun institusional potensialının gücləndirilməsi çox vacib məsələdir. Bunun üçün ƏMHTM-in təşkilati quruluşu, potensialı və vəzifələrinin əhatə dairəsinə dair tövsiyələrdən ibarət Yol Xəritəsi və 3 illik Fəaliyyət Planı hazırlanacaqdır.

ƏMHTM-in potensialının tam əldə etməsi üçün layihə tərəfindən bir sıra əlavə fəaliyyətlər həyata keçiriləcəkdir. Bütün bu fəaliyyətlər aşağıdakı 4 mövzuda qruplaşdırıla bilər: 1) institusional çərçivənin inkişafı; 2) institusional potensialın artırılması; 3) Qanunvericilik bazasının təhlili; 4) Təlim və ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinin həyata keçirilməsi.
Konkret məqsədi
Rəqəmsal şəbəkələrdə müəlliflik hüququ və əlaqəli hüquqlarla müdafiə olunan əsərlərin qorunması və idarə edilməsi üçün hüquqi və institusional bazanın inkişaf olunmasına və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin inkişafına, o cümlədən milli irs obyektlərinin saxlanması üzrə rəqəmsal depozitariy olan “milli rəqəmsal aqqreqator”un qurulmasına dəstək olmaq.
Gözlənilən nəticələr
Müəllif və əlaqəli hüquqlar haqqında qanunun təkmilləşdirilməsi və onun Aİ direktivləri və qanunvericiliyi ilə daha da uyğunlaşdırılması vasitəsilə, müəllif və əlaqəli hüquqların idarə edilməsi alətlərinin və bu hüquqların təminatı rejiminin gücləndirilməsi.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Closing ceremony of the Twinning Project
Steering Committee 8th Meeting (hybrid)
Steering Committee 8th Meeting (teleconference)
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
09.09.2019
Bitmə tarixi:
09.09.2021
Aİ Layihə nömrəsi:
408-348